Heydər Qazıyev Əhməd oğlu () — baytar həkimi. Baytarlıq elmləri namizədi (1949). Azərb. Respublikası əməkdar baytar həkimi (1955).
Həyatı Zaqafqaziya Zoobaytarlıq İn-tunu (İrəvan) bitirmişdir (1932). Nax. MSSR Xalq Torpaq Komissarlığında, Azərb. SSR Xalq Torpaq Komissarlığının baş baytarlıq idarəsində məsul vəzifələrdə çalışmışdır (1932–60). 1961–66 illərdə Nax. MSSR Nazirlər Soveti sədrinin birinci müavini-kənd təsərrüfatı naziri olmuşdur. 1966 ildən Azərb. Elmi Tədqiqat Baytarlıq İn-tunun elmi katibi işləmişdir. Nax. MSSR Ali Sovetinin deputatı seçilmişdir (1962–66). Orden və medallarla təltif edilmişdir.
İstinadlar
http://dgk.nmr.az/files/uploader/ne1.pdf səh. 332
http://www.shahtaxti.com/qaziyev.html
Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Naxçıvan MSSR kənd təsərrüfatı nazirləri Kateqoriya:Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavinləri