İsmayıl bəy Qazıyev () — İrəvan qubernatorunun müavini.
Həyatı İsmayıl bəy Talıb bəy oğlu Qazıyev 22 dekabr 1859-cu ildə İrəvan şəhərində doğulmuşdu. O, Tiflisdə gimnaziya təhsili almış, bir çox mühüm dövlət qulluqlarında işlədikdən sonra, 1904-cü ildə İrəvan qubernatorunın müavini təyin olunmuşdur. XIX əsrin 70-ci illərində quberniyanın Qadın Xeyriyyə Cəmiyyətində fəal təşkilatçılardan biri kimi həyat yoldaşı Dürrətul xanımla birgə məqsədyönlü iş aparmışlar, lakin nanəcib qonşuların törətdikləri qanlı hadisələr bu nəsilləri pərən-pərən salmış, onların topdağıtmaz xanimanları viran olmuşdur. Qazıyevlər və Bağırbəyovlar Türkiyənin Qars, Ərdəhan obalarına pənah aparmışlar, fəqət burada da vəziyyət ağır olduğundan Tiflisə, sonra Gəncəyə qaçmış, daha sonra Bakıda qərar tutmuşlar.Ənvər Çingizoğlu, İrəvanın tanınmış soyları, Bakı, 2017, 320 səh.
Mənbə Ziyəddin Məhərrəmov, "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, Nurlan, 2010
İstinadlar
Kateqoriya:Qazıyevlər (Axund Həsən)