Tullio Pinelli (; ) — İtalyan ssenarist.
Həyatı Tullio Pinelli 24 iyun 1908-ci ildə İtaliyanın Turin şəhərində anadan olmuşdur. Pinelli öz fəaliyyətinə hüquqşünas kimi başlamışdır. Amma boş vaxtını teatrlar üçün pyeslər yazmağa sərf edirdi. Pinellidə italyan vətənpərvərliyi özünü göstərirdi. Belə ki, onun böyük dayısı general Ferdinando Pinelli Kalabriyada quldur qiyamının yatırılmasında böyük xidmətləri olmuş insan idiTullio Kezich, Federico Fellini: His Life and Work, Faber and Faber, Inc., 2006, p. 96..
Onun gələcək əməkdaşı Fellini ilə ilk görüşü 1947-ci ildə əks tərəfdə oturub eyni qəzeti oxuduğu bir köşkdə olmuşdu. Pinelli demişdi: "Bir-birimizlə görüş yaradıcılıqda ildırım zərbəsi kimi olmuşdu. Biz əvvəldən eyni dildə danışırdıq. Biz tamamilə dövrün əksinə olan bir ssenari haqqında düşünürdük. Əhvalatda olduqca utancaq və bir o qədər də ciddi insanın uçacağınıb bəyan edilməsi də var idi. Belə olduqda o, əllərilə şüşəyə vurur və oradan qurtulmaq istəyir. Bu, təbii ki, italyan neorealizmi deyildi. Lakin ideya eləcə də heç vaxt heç yerə çıxıb getmədi"Kezich, Federico Fellini: His Life and Work, p. 96. Uçmaq haqqında lətifə onların 1963-cü ildə çəkilən "Səkkiz yarım" filmindən xəbər verirdi. Həmin film görkəmli rejissor olan və xilas haqqında düşünən baş qəhrəmanın tıxacda tutulub saxlanılmasının xilası olaraq öz maşınında çıxıb uçması təsviri ilə başlayırdı.
Tullio Pinelli "Səkkiz yarım" filmində epizodik rolda çəkilən və "Kasablanka"da (1942) İvonn rolunu ifa edən aktrisa Madlen Lebo ilə ailə qurmuşdu.
Tullio Pinelli 7 mart 2009-cu ildə 100 yaşında Romada vəfat etmişdir.
Filmoqrafiya Məhəbbət (film, 1948) / L'Amore Yol (film, 1954) / La Strada Kabiriyanın gecələri (film, 1957) / Le notti di Cabiria Şirin həyat (film, 1960) / La Dolce Vita Səkkiz yarım (film, 1963) / 8 ½ Cincer və Fred (film, 1986) / Ginger E Fred
İstinadlar
Kateqoriya:Ssenaristlər Kateqoriya:İtaliya ssenaristləri Kateqoriya:İtaliya uzunömürlüləri