Şövkət Orduxanov stadionu və ya Qusar şəhər stadionu — Qusar şəhərində yerləşən stadion. Şahdağ Qusar futbol klubu ev oyunlarını burada keçirib. Stadion olimpiya stadionudur. Tamaşaçı tutumu 4,000 nəfər idi..
1962-ci ildə Qusar şəhərində istifadəyə verilən Şövkət Orduxanov adına stadionun 2016-cı ildə sökülərək yenidən qurulması işlərinə başlanıb. Amma stadionun bərpa prosesi 2024-cü ilin may ayından etibarən dayandırılıb. Şəhəri təmsil edən və II Liqada mübarizə aparan "Şahdağ Qusar" klubu ev oyunlarını Şamaxı Olimpiya Kompleksində keçirməli olur.
2025-ci ilin iyulunda Qusar şəhər stadionu "Azenco" şirkəti tərəfindən Gənclər və İdman Nazirliyinin balansına verilib.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Azərbaycan stadionları Kateqoriya:Azərbaycan futbol stadionları