Baharla birgə qısametrajlı sənədli filmi rejissor Zaur Məhərrəmov tərəfindən 1978-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycanın ən qədim tətbiqi sənət növlərindən biri-xalçaçılıq haqqındadır.
Məzmun Film Azərbaycanın ən qədim tətbiqi sənət növlərindən biri-xalçaçılıq haqqındadır. Kinolentdə Gəncə, Quba, Qarabağ, Pirəbədil, Qazax, Şirvan və başqa bölgələrin həmişəbahar sənət əsərləri-xalça nümunələri, xalça naxışlarının mürəkkəb rəmzi mənası, öz gözəlliyi ilə adamı heyran qoyan ornamentlərin sirləri barədə ətraflı söhbət açılır.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 203
Filmin üzərində işləyənlər Ssenari müəllifi: İmran Qasımov Rejissor: Zaur Məhərrəmov Operator: Zaur Məhərrəmov Bəstəkar: Rafiq Babayev
İstinadlar
Mənbə Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1978-ci ilin Azərbaycan filmləri 1970-ci illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1978-ci ilin Azərbaycan filmləri