Bakı döyüşür qısametrajlı sənədli filmi rejissor Muxtar Dadaşov tərəfindən 1944-cü ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmdə müharibənin ilk günlərindən mədənlərdə, zavod və fabriklərdə gecəni gündüzə qataraq işləyən əmək adamlarının fədakarlığından, arxa cəbhədə göstərdikləri əsl hünərdən, Bakının ətrafında düşmən tanklarının hücumunun qarşısını almaq üçün müdafiə istehkamlarının qurulmasından, cəbhəni neft və digər yanacaq məhsulları ilə təmin edən şəhərin havadan və dənizdən qəhrəmancasına müdafiəsindən bəhs olunur.

Məzmun İkinci Dünya müharibəsi illərində ümumi bir şüar var idi: "Hər Şey Cəbhə üçün, Hər Şey Qələbə Naminə!". Filmdə bu şüar altında müharibənin ilk günlərindən mədənlərdə, zavod və fabriklərdə gecəni gündüzə qataraq işləyən əmək adamlarının fədakarlığından, arxa cəbhədə göstərdikləri əsl hünərdən, Bakının ətrafında düşmən tanklarının hücumunun qarşısını almaq üçün müdafiə istehkamlarının qurulmasından, cəbhəni neft və digər yanacaq məhsulları ilə təmin edən şəhərin havadan və dənizdən qəhrəmancasına müdafiəsindən bəhs olunur.Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 45-46

Filmin üzərində işləyənlər Ssenari müəllifi: Muxtar Dadaşov Rejissor: Muxtar Dadaşov Operator: Muxtar Dadaşov Bəstəkar: Tofiq Quliyev

İstinadlar

Mənbə M. Əmrahov. "Müharibə illərinin kino salnaməsi (1941-1945-ci illər)". //Təhsil, mədəniyyət, incəsənət.- 2004.- № 1.- səh. 126-129. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 80-81; 90.

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1944-cü ilin Azərbaycan filmləri 1940-cı illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:1944-cü ilin filmləri Kateqoriya:1944-cü ilin Azərbaycan filmləri Kateqoriya:Bakı haqqında filmlər