Təhsil — şəxsiyyətin tərbiyə və öyrədilməsi sistemi, həmçinin əldə edilən biliklər, bacarıqlar, vərdişlər, dəyər yönümləri, fəaliyyət təcrübəsi və kompetensiyaların məcmusu.

Geniş mənada təhsil insanın zəka, xarakter və fiziki qabiliyyətlərinin formalaşdırılması prosesi və ya nəticəsidir. İnsan təcrübəsi fərdin ölümü ilə itmədiyi, cəmiyyət daxilində toplanaraq qorunduğu və inkişaf etmiş zəka ilə ünsiyyət qabiliyyəti sayəsində ötürüldüyü üçün bu yolla mədəniyyət adlı hadisə meydana gəlmişdir. Mədəniyyət fərdi yox, bütövlükdə cəmiyyətin təcrübəsini ifadə edir. Təhsil məhz bu biliklərin, yəni mədəniyyətdə toplanmış təcrübənin yeni nəsillərə ötürülməsi prosesidir. Təhsil cəmiyyət tərəfindən məqsədyönlü şəkildə məktəbəqədər müəssisələr, məktəblər, kolleclər, universitetlər və digər təhsil ocaqları vasitəsilə həyata keçirilir. Bununla yanaşı, xüsusilə internetin geniş əlçatanlığı şəraitində, özünütəhsil imkanları da istisna olunmur.George F. Kneller. Introduction to the Philosophy of Education. New York: John Wiley and Sons, 1971. P. 20—21

Məişət anlamında təhsil əsasən müəllimin şagirdləri öyrətməsi və tərbiyə etməsi ilə eyniləşdirilir. Bu zaman oxuma, yazma, riyaziyyat, tarix və digər elmlərin öyrədilməsi nəzərdə tutulur. Dar ixtisaslaşmış müəllimlər, məsələn astrofizika, hüquq, coğrafiya və ya zoologiya sahələrində yalnız həmin fənləri tədris edirlər. Təhsil prosesi şagirdlərin yaşca böyüməsi ilə paralel olaraq getdikcə ixtisaslaşır. Bundan başqa, peşə bacarıqlarının, məsələn, avtomobil idarəetməsinin öyrədilməsi də təhsilə daxildir. Formal təhsillə yanaşı, internetdən istifadə, mütaliə, muzeylərə gediş və şəxsi təcrübə yolu ilə həyata keçirilən özünütəhsil də mümkündür. Təhsilin ümumi və xüsusi səviyyəsi istehsalatın tələbləri, elm, texnika və mədəniyyətin vəziyyəti, həmçinin ictimai münasibətlərlə şərtlənir.

Müasir dövrdə təhsil hüququ həm milli qanunvericilikdə, həm də beynəlxalq hüquqi aktlarda təsbit olunmuşdur. Bu sıraya Avropa İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Konvensiyası, habelə BMT tərəfindən 1966-cı ildə qəbul edilmiş İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq pakt daxildir.

Məcburi təhsilin insanın şəxsiyyətini zəiflətmə vasitəsi kimi istifadəsi ehtimalı demokratik cəmiyyətlərdə dövlət məktəblərindən kənar, hətta ailə təhsilinə yönəlmiş hərəkatların yaranmasına gətirib çıxarmışdır. Bununla yanaşı, orta məktəb proqramlarına şagirdlərin (valideyn və müəllimlərin iştirakı ilə) daha çox seçmə kurslarının daxil edilməsi, özünütəhsilə, insanın ömür boyu fasiləsiz təhsil almasına, məktəbdənkənar, distant və əlavə təhsil formalarına dəstək də geniş yayılmışdır.

Etimologiyası Azərbaycan dilində "təhsil" sözü ərəbmənşəlidir (). Bu söz ərəb dilindəki "ḥṣl" kökündən alınmışdır. Bu, hərfi mənada "məhsul və ya gəlir əldə etmə", məcazi mənada isə "təhsil alma” mənalarını ifadə edir. Bu söz ərəb dilində “meydana gəldi, əldə edildi” mənasını verən "həsələ" (حَصَلَ) feilinin təfil vəznində ikinci məstəridir.

Bəzi ölkələrdə təhsil illərinin başlama tarixi №ÖlkəTəhsil ilinin başlama tarixiTəhsil ilinin bitmə tarixi 1. 15 sentyabr 15 iyun 2. 1 aprel 1 mart 3. 1 iyun 1 mart 4. 1 avqust 1 iyun 5. 19 sentyabr17 iyun Təhsil geniş anlayışdır. Təhsil tərbiyə işinə xidmət etməklə, müxtəlif istiqamətlərdə bilikalma və ixtisasa yiyələnmə prosesini həyata keçirir. Təhsil bilik, bacarıq və vərdişlərə yiyələnməyin məzmununu, həcmini, səviyyəsini, müddətini və tipini müəyyən edir.

Həmçinin bax

Təhsil turizmi

İstinadlar

Əlavə ədəbiyyat

Гневашева В. А., Луков Вал. А. Тема высшего образования в новейшей российской научной литературе

В. В. Кумарин. Педагогика стандартности или почему детям плохо в школе М., 1996. Кумарин В. В. Педагогика природосообразности и реформа школы. М.: Народное образование, 2004, ISBN 5-87953-191-0. 264 с. Медведева И. Я., Шишова Т. Л. Безобразия в образовании

Новиков А. М. Постиндустриальное образование — М.: Эгвес, 2008. — 132 с. Новиков А. М. Российское образование в новой эпохе — М.: Эгвес, 2000. — 288 с.

Пономарев Р. Е. Сущность образования в культурном измерении // Вестник Московского университета. Серия 20: Педагогическое образование. — 2014. — № 2. — С. 56-66.

Хайдуков Д. С. Университетские города — обучение будущему // Мировой опыт и отечественные традиции управления человеческими ресурсами: Сб. материалов III Международной научно-практической конференции. МГУ / Под общ. ред. д.ф.н., проф. В. П. Пугачева. — М.: МАКС Пресс, 2012.

Həmçinin bax Azərbaycanda təhsil

Xarici keçidlər B. Ş. Təhsil Məlumat Mərkəzi College Board (Qərbi ali təhsil müəssələrinin axtarışı) A Research Guide

Kateqoriya:Sosial təkamül Kateqoriya:Əsas mövzuların təsnifatı Kateqoriya:Sahələrinə görə elmlər Kateqoriya:Hökumət