Aleksandr Arkadyeviç Litvinov (; ) — SSRİ ssenaristi, rejissor, RSFSR-in Əməkdar incəsənət xadimi (1959)
Həyatı Aleksandr Litvinov 1918–1920-ci illərdə Bakı Dövlət Universitetinin Tibb fakültəsində oxumuşdur. 1920–1926-cı illərdə AFKİ-nin rəhbəri olmuşdur. 1927–1937-ci illərdə "Mosfilm"in, 1938–1948-ci illərdə "Sibtexfilm"in, 1948–1957-ci illərdə isə Sverdlovsk kinostudiyasının rejissoru işləmişdir. 1958–1967-ci illər ərzində Sverdlovsk Kinematoqrafçılar İttifaqının sədri olmuşdur.
Filmoqrafiya Mədənçi-neftçi istirahətdə və müalicədə (film, 1924) (tammetrajlı bədii film) — rejissor; ssenarist Azərbaycana səyahət (film, 1924) (sənədli film) — ssenarist Əvəz-əvəzə (film, 1925) (tammetrajlı bədii film) — rejissor; ssenarist Müxtəlif sahillərdə (film, 1926) (tammetrajlı bədii film) — rejissor; ssenarist Həyat uğrunda mübarizə (film, 1926) (tammetrajlı sənədli film) — rejissor
Mənbə Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 238. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 20. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.
İstinadlar
Xarici keçidlər Литвинов Александр Аркадьевич Литвинов Александр Аркадьевич
Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:Əməkdar incəsənət xadimləri Kateqoriya:"Oktyabr inqilabı" ordeni ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ Kinematoqrafçılar İttifaqının üzvləri Kateqoriya:Rusiya kinorejissorları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri