Vladimir Georgiyeviç Leqoşin (; 27 may 1904, Bakı, Rusiya İmperiyası-21 dekabr 1954, Moskva, SSRİ) — SSRİ kinorejissoru, üçüncü dərəcəli Stalin mükafatı laureatı (1951)
Həyatı Vladimir Leqoşin Bakı Mərkəzi İşçi Klubunun dram studiyasında fəaliyyət göstərən Qırmızı gənclər evindəki studiyada oxumuşdur. Rəssam və jurnalist işləməklə yanaşı həmçinin kinostudiyada filmlərə çəkilirdi. 1924-cü ildə Bakı teatr texnikumunu bitirdikdən sonra Moskvaya köçmüşdür. Burada o ömrünün sonlarına qədər müxtəlif kinostudiyalarda kino sahəsində fəaliyyətini davam etdirmişdir. Həmçinin dublyaj ustası kimi də məşhur idi.
Filmoqrafiya Mədənçi-neftçi istirahətdə və müalicədə (film, 1924) (tammetrajlı bədii film) Nəhəng tarakan (cizgi filmi, 1927) — (səsli variantın rejissoru) Xoşbəxtlik haqqında nəğmə (film, 1934) — (Mark Donskoy ilə birlikdə) Tənha yelkən ağarır (film, 1937) Əsgər cəbhədən gəlirdi (film, 1939) Sualtı əsirlikdə (film, 1942) (qısametrajlı bədii film) Təkbətək döyüş (film, 1944) Onların Vətəni var (film, 1949) — (Aleksandr Faynssimmer ilə birlikdə)
Adlar və mükafatlar Üçüncü dərəcəli Stalin mükafatı (1951) — "Onların Vətəni var" (1949) filminə görə
Ədəbiyyat ГАНЕЛИНА И. Владимир Легошин // 20 режиссерских биографий. — М., 1971.
Mənbə Легошин Владимир Георгиевич Владимир Легошин на kino-teatr.ru
Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:Səssiz film aktyorları Kateqoriya:Rusiya kinorejissorları Kateqoriya:SSRİ kinorejissorları