XVI Benedikt (, , əsl adı Yozef Alois Ratzinger, ; ) — 265-ci Roma Papası (19 aprel 2005 – 28 fevral 2013), Roma-Katolik kilsəsinin yepiskopu.

2005-ci il aprelin 19-da çağırılmış konklavda Roma Papası seçilmiş, mayın 7-də Müqəddəs Lateranlı İoann bazilikasının sahibi elan edilmişdir. 1055–1057-ci illərdə Roma Katolik Kilsəsinə başçılıq etmiş II Viktordan sonra ilk alman pontifikdir. Eyni zamanda, XVI Benedikt həm Vatikan, həm də Almaniya vətəndaşıdır. Münhen və Freyzinq arxiyepiskopu və kardinalı olmuşdur. Seçkilər zamanı o, İnam Doktrinası Konqreqasiyasının prefekti olmuşdu.

İstefası 16-cı Benedikt 11 fevral 2013-cü ildə gözlənilmədən vəzifəsindən istefa vermişdir. Səbəb kimi qocaldığına görə yorulduğunu və işləyə bilməyəcəyini bildirmişdir. Bu xəbər bütün xristian aləmində ajiotaja səbəb olmuşdur.

İstinadlar

Xarici keçidlər

Tərcümeyi-hal XVI Benediktin seçkiləri

Kateqoriya:"Fəxri Legion" ordeninin komandorları Kateqoriya:XXI əsr papaları Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:Bonn Universitetinin müəllimləri Kateqoriya:Antikommunizm Kateqoriya:İkinci Dünya müharibəsi Kateqoriya:Münxen Lüdviq-Maksimilian Universitetinin müəllimləri Kateqoriya:Supersessionizm Kateqoriya:Tübingen Universitetinin müəllimləri Kateqoriya:Poliqlotlar