Kəndim+nizə qayıdın!? — 2007-ci ildə istehsal olunmuş Azərbaycan filmi.

Məzmun Filmdə hadisələr can üstdə olan Ziyadxan kişinin (Rauf Şahsuvarov) öz övladlarını başına yığması ilə başlayır. İllərlə atalarına baş çəkməyən, xüsusən də analarının ölümündən sonra ataları ilə maraqlanmayan övladların fərsizliyi, naxələfliyi ifşa edilir. Filmdə ən acınacaqlı hal ölüm ayağında olan Ziyadxan kişinin adicə kəlimeyi-şəhadətini də bilməməsidir. Lakin ingilis Maykl (Elman Rəfiyev) həm türkcə təmiz danışır, həm də müsəlmanın kəlimeyi-şəhadətini yaxşı bilir. Bu isə əcnəbilərin bizi özümüzdən daha yaxşı tanıdığına ünvanlanan uğurlu ştrixdir. Onun elə azəri qızı Məryəmlə (Aynur Dadaşova) evlənmək istəyi və Ziyadxan kişini Gülnisə arvadla (Brilliant Babayeva) evləndirməsi də əslində bir sıra beynəlxalq siyasi atmacalardan xəbər verir. Elə milli-mənəvi problemləri ortaya qoyan nüanslar da bu filmdə az deyil. Cəbhəyə getməkdən qorxub, illərdir öz evinin çardağında gizlənən Nuruşun (Azər Axşam) tez-tez bəlağətlə "Təki Vətən sağ olsun!" deməsi, II Dünya Müharibəsinin iştirakçısı Gopçu Musanın (Elnur Hüseynov) Qarabağın müdafiəsi uğrunda döyüşlərdən basıb-bağlaması çox incə mətləbləri açıq ifadə edir.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Şahin Nəcəfov Quruluşçu rejissor: İzzət Əzizov Quruluşçu operator: İzzət Əzizov Quruluşçu rəssam: Sevda Məmmədova Rejissor: Elşən Heydərov Bəstəkar: Erkin Məmmədov Səs rejissoru: Mahmud Əhmədov Operator: İlkin Umudov Montaj edən: Tərlan Ələkbərzadə Rejissor assistenti: Cəmilə Məmmədova, Qurban Həsənov İnzibatçı: Manaf Manafov İşıq üzrə rəssam: Adil İslamzadə Qrim rəssamı: Mələk Əmirova Mahnı ifa edən: Aynur Dadaşova, Rüfət Axundov Prodüser: Ramiz Sərkərov, Əfqan Yusifov Filmin direktoru: Ramiz İsrafilov

Rollarda Rauf Şahsuvarov — Ziyadxan Brilliant Babayeva — Gülnisə İqrar Salamov — Faxoş Elməddin Cəfərov — Xuduş Azər Axşam — Nuruş Mehdi Mehdizadə — Ziriş Aynur Dadaşova — Məryəm Elvin Hacıyev — Qeyrətdin Elman Rəfiyev — Maykl Fatma Mahmudova — Bəsti Rəhman Rəhmanov — Molla Məmiş Şükufə Musayeva — Nargilə İntiqam Soltan — Sürücü Duman Ramiz Sərkərov — Fərzəli Ülviyyə Əliyeva — Yetər Xanlar Həşimzadə — Doktor Talıb Natiq Fərzəliyev — Vəli Elnur Hüseynov — Gopçu Musa İlhamə Əhmədova — tibb bacısı Sima Şabanova — tərcüməçi İlham Musayev — PPX Əmrah Sergey Qədirov — xəzinədar Rəhilə Pirimova — qonşu Rəvanə Məmmədova — qonşu Pərviz İsmayılov — reket

Çəkilişə köməklik edən qurumlar Zaqatala Rayon İcra Hakimiyyəti "M. Trans" Şirkəti

Çəkilişə kömək edənlər Asif Əsgərov Yusif Cankayev (Car kənd sakini) Tahir Abdullayev (Car kənd sakini) Mübariz Abbasov Nurəddin İsmayılov

Xarici keçidlər Filmi izlə

Kateqoriya:2007-ci ilin Azərbaycan filmləri Kateqoriya:Faciəvi komediya filmləri