Bala başa-bəla — tammetrajlı bədii televiziya film-tamaşası.

Əsər rejissor Şərif Qurbanəliyev tərəfindən 1995-ci ildə ekranlaşdırılmışdır. Film-tamaşa "Sabah" eksperimental yaradıcılıq emalatxanasında istehsal edilmişdir. Film-tamaşa Əli Əmirlinin "Bala, bəla sözündəndir" pyesinin motivləri əsasında çəkilmişdir. Tamaşanın çəkilişləri Müqəddəs Ramazan ayında olduğu üçün aktyor Cahangir Novruzov oruclu imiş və aktyor üçün ən çətin səhnələrdən biri qonaqlıq səhnəsi olub. Rejissor Şərif Qurbanəliyev film-tamaşada aktyor kimi də iştirak edir. Amma titrlərdə onun adı Şərif Məcbur kimi göstərilib. Səbəbi də bu olub ki, rejissor bu rola aktyor tapa bilməyib, məcburiyyət qarşısında özü ifa etməli olub. İzzət Nəfislinin evində divardan asılan şəkildə Suğra ilə İzzətin uşaqlıq şəklini görürük. Əslində həmin şəkil aktyor Cahangir Novruzovun uşaqlıq şəklidir. Aktyorun anası Nəsibə Zeynalova zarafat üçün hələ uşaq ikən Cahangirin həm oğlan, həm də qız paltarında ayrı-ayrı şəkillərini çəkdiribmiş. Yumoru sevən aktrisa qohum əqrəbaya bu şəkilləri göstərib, "Görürsünüz mənim bir qızım da var" deyirmiş. Rejissor Şərif Qurbanəliyev bu şəkilləri görəndən sonra onları tamaşada da istifadə etmək qərarına gəlib və iki şəkili birləşdirərək dekorda divardan asdırmış. Əsas rolları Cahangir Novruzov, Səidə Quliyeva, Ələkbər Hüseynov, Afaq Bəşirqızı ifa edirlər.

Məzmun Film-tamaşada hadisələr nazir İzzət Nəfislinin gördüyü yuxu ətrafında cərəyan edir. Burada oğullarını əsgərlikdən saxlamaq üçün min cür yol tapan vəzifə adamları tənqid edilir.

Filmin heyəti

Film üzərində işləyənlər Rejissor: Şərif Qurbanəliyev Əsərin müəllifi: Əli Əmirli Ssenari müəllifi: Əli Əmirli, Şərif Qurbanəliyev Operator: Eldar Məmmədov Rəssam: Rafael Əsədov Bəstəkar: Eldar Mansurov

Rollarda Cahangir Novruzov — İzzət Səidə Quliyeva — İzzət Ələkbər Hüseynov — Cəmil Afaq Bəşirqızı — Suğra Şərif Qurbanəliyev — Hacı Hacısoy Nuriyyə Əhmədova — Zəhra Muxtar Maniyev — Qədir İlqarə Tosova — Cəmilə Rafael İsgəndərov — Şamil İlhamiyyə Rzayeva — jurnalist Rəzzaq Məmmədov — fotomüxbir Natiq Fərzəliyev — həkim və jurnalist Elbrus Vahidov — tərcüməçi

İstinadlar

Kateqoriya:1995-ci ilin Azərbaycan filmləri Kateqoriya:Komediya filmləri Kateqoriya:"Sabah" yaradıcılıq birliyi Kateqoriya:Şərif Qurbanəliyevin filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması