Göytürk xaqanlığı (, Türük) və ya Türk xaqanlığı (, Kök Türük; ) — 552–744-cü illərdə fasilələrlə Mərkəzi Asiya və Çinin bir hissəsinə hökmranlıq etmiş türk dövləti. Adı müxtəlif mənbələrdə, Bilgə xaqan və Kül Tigin yazılarında Türük,Kultegin's Memorial Complex, TÜRIK BITIG (İngiliscə)Bilge Kagan's Memorial Complex, TÜRIK BITIG (İngiliscə) Kök Türük və azlıq tərəfindən qəbul olunmuş yanaşmaya görə Ökük Türük,Osman Nedim Tuna, "Ekin Ara İdi Oksuz Kök Türk Anca Olurur Ermiş (KT; D; 2–3) İbaresi Üzerine", Türk dili araştırmaları yıllığı Belleten 1993, Türk Dil Kurumu Yayınları, Ankara 1995 s. 77–81. (Türkcə) Tonyukuk yazılarında isə TürkMuharrem Ergin-Orhun abideleri, s-78, Boğaziçi yayınları 1978 (7-ci nəşr)Orhun Abideleri M. E. B. 1970 şəklində xatırlanmaqdadır. Göytürklərdən Çin mənbələrində Tukyu () şəklində bəhs olunur.
Tarix Türk xaqanlığının banisləri Bumın və İstəmi qardaşları olmuşdur. Şimali Krım və Qafqaz da daxil olmaqla Çin ərazilərindən Bizans imperiyasınadək torpaqlar Türk xaqanlığına daxil idi. Xaqanlığın mərkəzi Orxon çayı (Monqolustan) hövzəsində yerləşirdi. VIII əsrin əvvəllərində Türk xaqanlığı bir-biri ilə savaşmağa başlayan Qərbi Türk xaqanlığına və Şərqi Türk xaqanlığına parçalandı. Qərbi Türk xaqanlığı qüdrətli dövlətə çevrildi. Sasanilər və Bizans imperiyaları onunla hesablaşmağa və ittifaqa girməyə çalışırdılar. Qərbi Türk xaqanlığı İstəminin oğlu Datou xaqanın hakimiyyəti illərində özünün ən yüksək çiçəklənmə dövrünə çatdı. O, Qara dənizin şimal sahili çöllərində uğurlu müharibələr aparır, Sasanilərə qarşı müharibədə Bizans imperiyasına kömək edirdi. Şərqi Türküstana yürüşə çıxan Datou onu tutub öz ərazilərinə birləşdirdi. 634-cü ildə Qərbi Türk xaqanlığında inzibati islahat keçirildi və o, on "ox"a (hissəyə) bölündü. Hərbi yürüşlərdən əldə edilən çoxlu qənimət, tabe olunmuş tayfalardan alınan xərac, xaqanlığın ərazisindəki karvan yollarından götürülən gömrük gəliri onu kifayət qədər zəngin dövlətə çevirdi. Arxeoloqlar türk əyanlarının qəbirlərindən qızıl və gümüş silah və bəzək əşyaları, çox sayda çeşidli at yüyənləri 389 aşkar etmişlər. Döyüşçülərin şərəfinə kvadrat formalı, daşla əhatəli xırda anma "məbəd"ləri inşa edilirdi. Dairənin içərisində ölmüş döyüşçünü təsvir edən heykəl, runa yazılı stelalar və onun öldürdüyü düşmənləri bildirən otuz-qırx dənə qaya parçası qoyarmışlar. 639-cu ildə Qərbi Türk xaqanlığı Dulu və Nuşibi adı ilə iki yerə parçalandı. Zəifləmiş Qərbi Türk xaqanlığının Asiyadakı torpaqları tezliklə ərəblər tərəfindən zəbt olundu. Qərbi Türk xaqanlığının yerini Xəzər xaqanlığı tutdu. Şərqi Türk xaqanlığı 745-ci ildə uyğurlar tərəfindən darmadağın edildi.
Türk sözünə ilk dəfə Göytürklər dönəminə aid Orxon abidələrində rast gəlinmişdir. Göytürk xaqanlığı həmçinin adında Türk sözü işlənən ilk dövlətdir.Ahmet Taşağıl-Göktürkler, cilt-1, Atatürk Kültür, Dil, ve Tarih Yüksek Kurumu Basımevi, 1995İbrahim Kafesoğlu-Türk millı̂ kültürü(S27). Ayyıldız matbaası, 1977 Dövlətin qurucusu və ilk öndəri Bumın xaqandır. Bumın xaqanın qardaşı İstəmi yabqu ölkənin qərb qolunu idarə edirdi. Göytürk xaqanlığı Çin, Sasani və Bizans ilə hərbi, siyasi və iqtisadi əlaqələr qurmuşdu.
Adının mənşəyi thumb|300px|right|Göytürklərə aid petroqliflər, VI-VIII əsrlər, Monqolustan. Göytürk xaqanlığı tarixdə ilk dəfə adında türk sözünü işlədən dövlət olduğu üçün mühüm önəmə sahibdir. Adının mənası ilə bağlı müxtəlif mübahisələr vardır. Göytürk xaqanlığı haqqında yazılı mənbələrdə barəsində Türk xaqanlığı olaraq bəhs edilir. Göytürk sözünün isə Orxon abidələrindəki Ökük Türük sözündən törədiyi və tələffüzünün sadələşdirilməsi üçün Göytürk şəklində qəbul olunduğu iddia olunur. Göytürk sözündəki ilk hissəciyinin gök və ya ökük olaraq qəbul edilməsi ilə müvafiq olaraq səmavi və ya dini məna daşıdığı ehtimal olunur. Türk sözünün mənası ilə bağlı da bir sıra variantlar vardır. Türk sözünə yaxın ifadələrə Qədim Roma və Çin mənbələrində rast gəlinir. I əsrdə Pomponi Mela və Böyük Plini Azovun şərqində yaşayan insanlardan Turcae/Tyrcae olaraq bəhs edir.Sevan Nişanyan, Çağdaş Türkçenin Etimolojik Sözlüğü, İstanbul, 2009 ISBN : 9789752896369Abdulkadir İnan, Urartu yazıtında ve Romalı Plinius'un tarihinde "Türk Adı" var mı? Belleten, TTK, Cilt. XlI, S. 45, 1948, s. 277–278dile Ayda, Une Theorle Sur L'Orlglne Du Mot "Türk", "Türk" kelimesinin Menşei Hakkında Bir Nazariye, TTK, Belleten. Cilt. XL., No. 158, Türk Tarih Kurumu Basımevi, Nisan 1976, s. 229–247Hamit Koşay, ldil — Ural bölgesindeki Türkler'In Menşei Hakkında, V. Türk Tarih Kongresi: 12–17 Nisan 1956, TTK. Basımevi. Ankara 1960. s. 232–243Laszlo Rasonyi, Dünya'da Türklük, Türk Kültürünü Araştırma Enstitüsü Yayınları. Ayyıldız Matbaası, Ankara 1974Prof. Dr. Ercümend Kuran, Türk Adı ve Türklük Kavramı, Türk Kültürü Dergisi, Yıl, XV, S. 174, Nisan 1977. s. 18–20. Çin mənbələrində T’ieh-lê, T’u-cüeh, Ting-ling şəklində istifadə olunan ifadələrin də Türk sözünü bildirdiyi düşünülür.Prof. Dr. Tuncer Baykara, Türk, Türklük ve Türkler, s. 371–387, İstanbul, IQ yayınları. Orxon abidələrində isə türk (10px10px10px10px) və ya türük (10px10px10px10px) olaraq xatırlanır. X əsrə aid uyğur yazılarında türk sözü "güc", "qüvvə" mənasında işlənilir. A. Vemberiyə görə türk sözü törəmək sözü ilə eynimənalı olub törəyən, çoxalan mənasına gəlir. Ziya Göyalpa görə türk sözü törəli sözü ilə eynimənalı olub qanun sahibi mənasına gəlir. Mahmud Kaşğari isə türk adının türklərə Tanrı tərəfindən verildiyini qeyd edərək, sözün "gənclik", "qüvvə", "qüdrət" və ya "yetkinlik" mənalarında işləndiyini bildirir.
Birinci Göytürk xaqanlığı
Bumın xaqanın ilk illəri və hakimiyyəti thumb|300px|left|Xaqanlığın qurucusu Bumın xaqanın büstü, Türkiyə Bumın xaqan Aşina soyuna mənsubdu.Əfsanəyə görə bu soy dişi qurddan törəmişdi. Aşina soyu 500 ailə ilə jujanların tabeliyində Altay dağlarının cənubunda yaşayırdı. Bu türklər Mərkəzi Asiya, Altay, Böyük Çöl ərazisində yaşayır, dəmirçiliklə məşğul olur, filiz əridirdilər. Aşina soyu Dulu və Nuşibi qollarına ayrılırdı. Tibetdə, Çində, Altaylarda və böyük Sibir çöllərində yaşayan türklər haqqında kitab yazan rus türkoloqu Lev Qumilyovun "Qədim türklər" kitabında yazılır: "635-ci ildə Dulu və Nuşibi tayfaları özünüidarə hüququ qazandılar. 5 Dulu və 5 Nuşibi tayfa rəisləri yerli zadəganlardan təyin olundu. Bunlar şada, yəni xana qan qohumu olan adamlara bərabər tutulurdu. Onların hər birinə hakimiyyət rəmzi kimi ox təqdim olundu. "On ox" türkləri adı belə yarandı (bunlan Çulo xanın oğlu igid və nəcib Aşina şeni etdi). İki müttəfiq – Dulu və Nuşibi tayfa ittifaqları arasındakı sərhəd Çu çayı oldu. Aşina soyu Bumının idarəsi altında ticarət məqsədilə Çinə doğru irəlilədi. Bu dövrdə bölgədə önəmli hərbi-siyasi güc olan Topa dövləti zəifləmiş, bir-biri ilə mübarizə aparan Şərqi Topa və Qərbi Topaya bölünmüşdü. Qərbi Topa dövləti düşmən münasibətdə olduğu Şərqi Topa və Jujanların təzyiqləri səbəbi ilə Aşina soyu ilə yaxınlaşmağa çalışırdı. Bumın 546-cı ildə ticarət əlaqələrini gücləndirmək məqsədilə Qərbi Topaya elçi göndərdi. Bumın xaqan 546-cı ildə teles tayfasının jujanlara qarşı üsyanından istifadə etməyi qərara aldı. O, jujan xanı Anaxuanın yanına elçi göndərib şahzadə qızını ona ərə verməsini istədi. O, əvvəlcədən bilirdi ki, jujan xanı öz vassalınaLarry W. Moses, "Relations with the Inner Asian Barbarian", ed. John Curtis Perry, Bardwell L. Smith, Essays on Tʻang society: the interplay of social, political and economic forces, Brill Archive, 1976, ISBN 978-90-04-04761-7, p. 65. Slave' probably meant vassalage to the Juan Juan confederation of Mongolia, whom they served in battle by providing iron weapons, and also marching with qaghan's armies. M. Çağatay Uluçay, Tarih ansiklopedisi: ilk ve orta dereceli okullar için, Bateş yayınları, 1979, s.165. qız verməyəcək və onu cəzalandırmaq fikrinə düşəcəkdir. Belə də olmuş və Anaxuan elçiyə "Siz mənim filiz əridənimsiz, belə bir şeyə necə cürət edirsiz?" şəklində cavab vermişdi.Li Yanshou, History of Northern Dynasties, Vol. 99.Linghu Defen et al., Book of Zhou, Vol. 50.Sima Guang, Zizhi Tongjian, Vol. 164.Christopher I. Beckwith, Empires of the Silk Road: a history of Central Eurasia from the Bronze Age to the present, Princeton University Press, 2009, ISBN 978-0-691-13589-2, p. 9.Türkoğlu Gök Alp, Sınırlandırılmış Türk tarihi, Sevinç Matbaası, 1976, s. 125 Bundan sonra Bumın Qərbi Topa dövlətinin hökmdarından qızını istədi. Çətin vəziyyətdə olan Qərbi Topa dövlətinin hökmdarı Bumının bu təklifini qəbul etdi. 552-ci ildə Bumın Qərbi Topa ilə qüvvələrini birləşdirdikdən sonra Jujanların üzərinə hücum edərək onları məğlub etmişdi.馬長壽, 《突厥人和突厥汗國》, 上海人民出版社, 1957, (Ma Zhangshou, Tujue ve Tujue Khaganate), pp. 10–11.陳豐祥, 余英時, 《中國通史》, 五南圖書出版股份有限公司, 2002, ISBN 978-957-11-2881-8 (Chen Fengxiang, Yu Yingshi, General history of China), p. 155.Burhan Oğuz, Türkiye halkının kültür kökenleri: Giriş, beslenme teknikleri, İstanbul Matbaası, 1976, p. 147. "Demirci köle" olmaktan kurtulup reisleri Bumin'e Bu hadisədən sonra o, öz dövlətini elan edir və bu tarix Göytürk xaqanlığının qurulma tarixi olaraq qəbul olunur. Bumın xaqan 552-ci ildə öldü. Ondan sonra dövlətin şərq qoluna oğlu Qara İssıq xaqan, qərb qoluna isə İstəmi yabqu başçılıq etmişdir.Kultegin’s Memorial Complex, TÜRIK BITIGBilge kagan’s Memorial Complex, TÜRIK BITIG İstəmi yabqu de-fakto hakimiyyətə malik olsa da özünü xaqan elan etmədi.
thumb|250px|right|Ayran ilk dəfə Göytürklər zamanı meydana çıxmışdır.Turkish Delights Nevin Halici Gastronomica: The Journal of Critical Food Studies, Vol. 1, No. 1 (Winter 2001), pp. 92–93 Published by: University of California Press Article DOI: 10.1525/gfc.2001.1.1.92
Qara İssıq xaqanın hakimiyyəti (552–553) Qara İssıq xaqanınBauer, Susan Wise (2010). The History of the Medieval World: From the Conversion of Constantine to the First Crusade. W. W. Norton & Company. p. 238. ISBN 978-0-393-05975-5. hakimiyyəti qısamüddətli oldu. Bu qısa müddət ərzində Jujan dövləti dağıldıqdan sonra onun torpaqları, Göytürk xaqanlığına tabe oldu. Jujanların bir qismi Topa dövlətinin çöllərinə, bir qismi isə qərbə irəliləyərək bölgədəki dövlətlərə sığındılar. Göytürklər və Topa dövləti arasında olan razılaşmaya görə oraya sığınan jujanlar geri qaytarıldı və onlar 555-ci ildə öldürüldülər. Bundan sonra Göytürklərin hücum istiqaməti indiki Tibet və Monqolustanın ətrafına yönəldi. Buna baxmayaraq Qara İssıq xaqan daha çox irəliləyə bilmədi və öldü.
Muğan xaqanın hakimiyyəti (553–572) Muğan xaqanınGary Seaman, Daniel Marksm, Rulers from the steppe: state formation on the Eurasian periphery, Ethnographics Press, Center for Visual Anthropology, University of Southern California, 1991, ISBN 978-1-878986-01-6, pp. 96–97. hakimiyyəti uzun müddət davam etdi. Onun hakimiyyəti illəri Göytürk xaqanlığının yüksəlişi dövrüdür. Muğan xaqanın dövründə Göytürklər Qərbi Topa ilə ittifaqa davam edərək torpaqlarını genişləndirdi. Qərbi Topa dövləti 557-ci ildə dağıldıqdan sonra onun torpaqları da Göytürk xaqanlığının tərkibinə qatıldı.
Muğan xaqan güclənməyə çalışan jujanların üzərinə hücum etdi. Məğlub olan jujanlar Çinə sığındı, amma Göytürklər və Çin arasında olan əlaqələr səbəbindən jujanlar geri qaytarıldı. Göytürklər jujanlardan geriyə qalanları da öldürərək dövləti onların qalıntılarından xilas etdi.
Muğan xaqan jujanlardan sonra Şərqi Kitayları da məğlub edərək ərazilərini genişləndirdi və kitaylar Koreyaya köç etməyə məcbur oldular. Daha sonra şimalda yaşayan qırğızlar və digər dağınıq halda yaşayan boyları da tabe etdikdən sonra bozqırlarda hakimiyyətini möhkəmləndirir.