Məzmun Bəzən elə olur ki, vəzifə insana xoşbəxtlik gətirmir. Əksinə insanın əlindən ən müqəddəs saydığı amilləri alıb aparır. Lakin bu amilləri qoruyub saxlamaq çox çətindir və bir çox fədakarlıqlar tələb edir...

Sahiblə (Rəfael Dadaşov) Nurcahan (Amaliya Pənahova) aralarındakı yaş fərqinə baxmayaraq xoşbəxt ömür-gün yoldaşıdırlar. Nurcahan 40 yaşında və tezliklə səhnəylə vidalaşmağa məcbur olan balerinadır. Sahibin şəhərin sədri seçilməyi ona sanki bir təskinlik verir. Lakin tezliklə vaxtilə Sahibə yardım edən şəxslər indi ondan çox böyük xahişlər edirlər. Sahib isə öz vicdanına qarşı gələ bilmir və bu dələduzların xahişlərini rədd edir. Beləliklə bu paxıl, mərdiməzar və aravuranlar Sahiblə Nurcahanın ailə həyatına zərbə endirməyə çalışırlar. Və nəticədə onların xoşbəxt ailə həyatı dağılır. Nurcahan Sahibi və şəhəri tərk etməyə məcbur olur...

Film-tamaşa haqqında Film-tamaşa İlyas Əfəndiyevin əsərinin motivləri əsasında ekranlaşdırılmışdır.

Film-tamaşanın heyəti

Film-tamaşa üzərində işləyənlər Əsərin müəllifi: İlyas Əfəndiyev Quruluşçu rejissor: Amaliya Pənahova Televiziya rejissoru: Məhərrəm Bədirzadə Quruluşçu operator: Eldar Abbasbəyli Operator: İzzət Əzizov, Elxan Nəbiyev Rəssam: Rafiq Əbdülrəhimov Musiqi tərtibatçısı: İsmayıl Dadaşov Səs rejissoru: Vaqif Quliyev Videoyazı mühəndisi: Asim Babayev, Manaf Quliyev, Tofiq İbrahimov, Zoya Teymurova Rejissor assistenti: Mirzə Ağayev Musiqilərindən istifadə edilən bəstəkar: Rauf Əliyev ("Qaladan tapılan mücrü" filmindən), Xəyyam Mirzəzadə ("Bağ mövsümü" filmindən), Polad Bülbüloğlu ("Ürək...Ürək..." filmindən), Pol Moria-Simpatiya (Paul Mauriat — Sympathy) (titrlərdə yoxdur) Repertuarından istifadə edilən müəllif: Maykl Cekson, Modern Tokinq (titrlərdə yoxdur)

Rollarda Amaliya Pənahova — Nurcahan Rəfael Dadaşov — Sahib Hamlet Qurbanov — Tahir Zülfiyyə Cəfərova — Ayqız Abbas Qəhrəmanov — Xansu Məcnun Hacıbəyov — Əlimurad Gülşən Qurbanova — Gözəl Rafiq Əzimov — Səxavət Nübar Novruzova — Natəvan Mirzə Ağayev — Ceyranzadə İftixar Piriyev — diskotekadakı müştəri Nəcəf Həsənzadə — limandakı sərxoş Rüstəm Əliyev — limandakı sərxoş Firuz Xudaverdiyev — limandakı sərxoş Rasim Şükürov Tofiq Dadaşov Gülcənnət İbrahimova

Xarici keçidlər Filmi izlə

Kateqoriya:1985-ci ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması