Əhmədov Sücaət Yunus oğlu () — Azərbaycan şairi.
Həyatı Sücaət Yunus oqlu Əhmədov 4 iyun 1943-cü ildə (bəzi mənbələrdə 1946-cı il) Azərbaycan SSR-də, Kəlbəcərdə Yunus Əhmədovun ailəsində anadan olub.
Kəlbəcərin məşhur İstisu kurortunda rəhbər vəzifələrdə çalışmışdır.
7 noyabr 2002-ci ildə Gəncə şəhərində ağciyər çatışmazlığından vəfat etmişdir. Məzarı Göy-Göl rayonundadır.
Ailəsi Xalası qızı ilə evli idi. Bir oğlu, iki qızı var. Oğlu Azərin Sücaət adında övladı var.
Azərbaycan jurnalisti Hidayət Elvüsal Sücaətin qardaşıdır.Şair Sücaətin çap olunmamış şeiri — 03.10.2018
Həbsi Sücaət iki dəfə həbs edilmiş, ömrünün 8 ilini zindanlarda keçirmişdi. İlk həbsi Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin 2-ci kursunda oxuyarkən olmuşdur. Kəlbəcərdə mağaza müdirini vurduğu üçün universitetdən xaric edilmiş və həbs olunmuşdur.
Yaradıcılığı Yaradıcılığa sovet dövründə başlasa da Sovet dövründə, demək olar ki, şerləri çap olunmayıb. Sücaətin şerləri əsasən dildən-dilə yayılmış, dillər əzbəri olmuşdur. El şənliklərində öz ifasında şerləri kasetlərə yazılmış, bu yolla Sücaətsevərlər arasında yayılmışdır.
Kitabları "Sən ağlama, mən ağlaram". Bakı: Azərnəşr, 1994. 88 səh. "Sən ağlama, mən ağlaram". Təbriz: Əxtər, 1994. 132 səh. (Azərbaycan dilində ərəb qrafikası ilə) "Dəli dağın dəliləri hardadı?" "Sücaəti unutma sən". Bakı: Nurlan, 2008.
İstinadlar
Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Gəncədə vəfat edənlər Kateqoriya:Göygöl rayonunda dəfn olunanlar