thumb|right|130 px|Konus Hər hansı həndəsi müstəvi fiqurun nöqtələrini onun müstəvisinə aid olmayan nöqtə ilə birləşdirən bütün parçaların yaratdığı fəza fiquruna konus deyilir. Həmin müstəvi fiqura konusun oturacağı, həmin nöqtəyə isə konusun təpə nöqtəsi deyilir. Konusun təpəsindən oturacaq müstəvisinə endirilmiş perpendikulyara konusun hündürlüyü deyilir.

Oturacağı dairə olan konusa dairəvi konus, təpəsi oturacağının mərkəzinə proyeksiyalanan dairəvi konusa isə düz dairəvi konus deyilir. Dairəvi konusun təpə nöqtəsini oturacaq çevrəsinin hər hansı nöqtəsi ilə birləşdirən parçaya konusun doğuranı deyilir.

Konusa düzbucaqlı üçbucağın katetlərindən biri ətrafında fırlanmasından alınan alınan fəza fiquru kimi də baxmaq olar.

Konusun təpə nöqtəsindən və oturacağının mərkəzindən keçən düz xəttə konusun oxu, oturacağının radiusuna isə konusun radiusu deyilir.

Radiusu R, doğuranı L olan konusun yan səthinin açılışı qövsünün uzunluğu 2𝜋R və radiusu L olan dairə sektorudur.

Konusun sahə düsturları

Konusun yan səth sahəsinin düsturu:

S = 𝜋rl.

Burada:

𝜋 — sabit (təxminən 3.14); r — konusun oturacağının radiusu; l — konusun əmələgətirəni (mail hündürlük).

və ya

Konusun yan səthinin sahəsi oturacaq çevrəsinin uzunluğu ilə doğuranın hasilinin yarısına bərabərdir:

= 𝜋rl.

2. Konusun tam səthinin sahəsi:

Konusun tam səthinin sahəsi oturacağının sahəsi ilə yan səthinin sahəsinin cəminə bərabərdir.

Stam = 𝜋r2 + 𝜋rlSurface Area of a Cone. İstifadə tarixi: 10 mart 2026.How to Find the Surface Area of a Cone. İstifadə tarixi: 10 mart 2026.Surface Area Of A Cone. İstifadə tarixi: 10 mart 2026..

Konusun həcmi Konusun həcm düsturu aşağıdakı kimidir:

Volume of a Cone. İstifadə tarixi: 10 mart 2026.What is the volume of a cone, a sphere and a cylinder? İstifadə tarixi: 10 mart 2026.Volume of Cone. İstifadə tarixi: 10 mart 2026..

Burada:

r - konusun oturacağının radiusu;

h - konusun hündürlüyü;

𝜋 - isə sabitdir (≈ 3.14).

İstinadlar Kateqoriya:Həndəsi fiqurlar Kateqoriya:Elementar fiqurlar Kateqoriya:Səthlər