thumb|right|Al-Ikhlas 112-ci surə

əl-İxlas (Yalnız Allaha məxsus olan sifətlər) surəsi (Məkkədə nazil olmuşdur, 4 ayədir)

بِسْمِ ‌اللَّهِ ‌ال‍‍رَّحْمَنِ ‌ال‍‍رَّحِيمِ

Bismi-LlAhi-r-Rahmani-r-Rahim

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

1. قُلْ اللَّهُ أَحَدٌ

Qul Huva Allahu Əhəd

De: "O, tək Allahdır.

2. اللَّهُ الصَّمَدُ

Allahu s-Saməd

Allah Özünə Qadirdir.

3.

Ləm yəlid və-ləm yuləd

Doğmadı və doğulmadı,

4. أَحَدٌ

Və ləm yəkul-ləHu kufuvən əhəd

və Onun tayı-bərabəri yoxdur".

Əbu Səid əl-Xudrinin (r.a.) sözlərindən rəvayət olunur ki, Peyğəmbər (s.a.s.) səhabələrindən soruşdu: "Sizdən biriniz bir gecədə Quranın üçdə birini oxuya bilərmi?" Bu onlara çətin göründü və dedilər: "Bizim hansımız buna qadirdir, ya Rəsulallah?" Sonra (Peyğəmbər (s) buyurdu: "Bir və Əbədi olan Allah Quranın üçdə bir hissəsidir!" (yəni İxlas surəsi)

— "Səhih əl-Buxari", hədis No 5015

Əl-İxlas surəsi və onun qiraət özəllikləri

Nazil olunması, Qur’anda (tərtibi baxımdan) yeri, özəllikləri Qur’ani-kərimin yüz on ikinci surəsi olan dörd ayədən ibarət əl-İxlas surəsi Məkkə surələrindən sayılaraq ən-Nas (Qur’ani-kərimin 114-cü) surəsindən sonra nazil olub. Əl-İxlas surəsi islamın ən vacib, onu digər dinlərdən fərqləndirən – Allahın vəhdaniyyətini – yek olduğunu açıq və aydın, eyni zamanda qəti – bəyanı ilə seçilir. Özünün bu tutumuna görə, o – qısa olmasına baxmayaraq – Qur’ani-kərimin üçdə birinə bərabərləşdirilir [3, III, 230; 9, IX, 71–74; 22, XX, 227–228]. Məhəmməd Hüseyn ət-Təbatəbai (1902 – 1981) qeyd edir ki, onun aləmində əl-İxlas surəsinin Qur’ani-kərimin üçdə birinə bərabər etdirən ən ədalətli əsas Qur’anın üç – tövhid, nübuvvət və miad – üsulundan biri olan tövhidi özündə əhatə etməsindədir [27, XX, 452].

Bu surə Qur’ani-kərimin əmrlə başlayan altı surəsindən biridir [35, I, 268].

Məkkə, yaxud Mədinə surəsi? Əl-İxlas surəsini Məkkə surəsi kimi tanıyanlar sırasında İkrimə ibn Əbi Cəhl Amr ibn Hişam əl-Quraşi əl-Məxzumi Əbu Usman (? – 634), Abdullah ibn Məs‘ud ibn əl-Haris ibn Ğafil ibn Habib ibn Şəmx ibn Far ibn Məxzum ibn Sahilə ibn Kahil ibn əl-Haris ibn Təmim ibn Sə‘d ibn Huzeyl ibn Mudrikə ibn İlyas ibn Mudar Əbu Abd ər-Rəhman əl-Huzəli əl-Məkki (? – 653), Cabir ibn Abdillah ibn Amr ibn Haram əl-Ənsari Əbu Abdillah (? – 697), Mucahid ibn Cəbr Əbu əl-Həccac əl-Məkki (642–722), əl-Həsən əl-Basri ibn Əbi əl-Həsən Yəsar Əbu Səid (642–728), İta ibn Əbi Ribah (? – 733), əz-Zəməxşəri Carullah Əbu əl-Qasim Mahmud ibn Umər (1075–1144), ər-Razi Əbu Abdillah (Əbu əl-Fadl) Fəxr əd-Din Məhəmməd ibn Umər ibn Huseyn ət-Təbəristaninin (1149–1210) adlarını çəkmək olar. Abdullah ibn Abbas ibn Abd əl-Muttəlib ibn Haşim Əbu əl-Abbas əl-Haşimi (619–686) (bəziləri İbn Abbasın surəni Məkkə surəsi hesab edənlərə aid edir [29, X, 429]), Əbu əl-Aliyə ər-Riyahi Rəfi‘ ibn Mihran (? – 708), əd-Dəhhak ibn Muzahim əl-Hiləli əl-Xorasani əl-Bəlhi Əbu əl-Qasim Əbu Məhəmməd (? – 723), Məhəmməd ibn Kəb ibn Səlim ibn Amr Əbu Həmzə Əbu Abdillah əl-Qurəzi (? – 727), Qutadə ibn Duama Əbu əl-Xəttab əs-Sədusi əl-Bəsri (? – 735), əs-Suddi (? – ?), əs-Süyuti Cəlal əd-Din Abd ər-Rəhman (1445–1505) əl-İxlas surəsini Mədinə surəsi kimi tanıyırlar. Bəziləri isə, əl-İxlas surəsinin iki dəfə: ilk olaraq Məkkədə, sonra Mədinədə bir daha nazil olunduğunu da söyləyir [14, XXI, 537; 22, XX, 225; 25, I, 42, 113–114].

Müşriklərə cavab Təfsir kitablarında əl-İxlas surəsinin müşriklərə cavab olaraq nazil edildiyi bildirilir. Belə ki, Peyğəmbər əleyhissəlamdan Allah-təalanı vəsf etməsini istədikdə o Onun özünə heç bir övlad götürmədiyini, doğulmadığını, tayı-bərabəri, bənzəri olmadığını demişdir [19, 260]. Hədislərin birində əl-İxlas surəsinin müşriklər tərəfindən Peyğəmbər əleyhissəlamın yanına göndərilən Amir ibn ət-Tufeylin sualına cavab olaraq nazil olunduğu qeyd olunur. Amir Peyğəmbərə ibadət etdiyinin qızıldan, yaxud gümüşdən olduğunu soruşur [23, XXXII, 175]. Rəvayət olunur ki, yəhudilər (Kə‘b ibn əl-Əşrəf adlı bir nəfərlə [23, XXXII, 175]) Peyğəmbər əleyhissəlamın yanına gəlib ondan: "Rəbbini bizə vəsf et, çünki Allah öz vəsfini Tövratda vermişdi, sən də bizə Onun nədən olduğu haqda xəbər ver! Qızıldandır O, yoxsa misdən, yaxud gümüşdən? Yeyirmi, içirmi? Dünyanı kimdən irsən alıb və kimə irsən ötürəcək?"- deyə müraciət ediblər. Beləliklə, Allah-təala əl-İxlas surəsini bütövlüklə Özünə aid edərək nazil etdi [19, 260].

Adları Əl-İxlas surəsi daha çox "Qul huval-lah" adı tanınmaqla yanaşı digər adları da mövcuddur: "ət-Təfrid", "ət-Təcrid", "ət-Tavhid" (Allahın yek olmasını bəyan etdiyi üçün), "əl-İxlas (surədə Allah-təalanın sifətlərindən başqa heç nə xatırlanmadığı üçün), "ən-Nəcat" (insanı dünyada küfrdən uzaqlaşdıraraq, axirətdə isə cəhənnəm odundan qoruyaraq xilas edir, ona nicat verir,) "əl-Viləyəh" (onu oxuyan Allahın dostlarına çevrilir), "ən-Nisbəh", "əl-Mə‘rifəh" (çünki Allah-təalanı bu surəsiz tanımaq olmur), "əl-Cəmal", "əl-Muqaşqişah" (xəstəliyi uzaqlaşdıran), "əl-Mu‘avvizəh", "əs-Səməd" (bütövlüklə Allah-təalaya aid olunduğu üçün), "əl-Əsas" (hətta Peyğəmbərdən deyilir: "Yeddi göy və yeddi yer "qul huval-lahu ’əhad" üzərində əsaslanıb), "əl-Mani‘a" (insanları qəbr əzabına və cəhənnəm oduna maneədir), "əl-Məhdər" (mələklər ona qulaq asmaq üçün hüzura gəlirlər), "əl-Munəffirah" (oxunduqca şeytan qovulur, uzaqlaşır), "əl-Bəra’əh" (oxunduqca şirkdən, Allaha şərik qoşmaqdan insan uzaqlaşır, Peyğəmbər əleyhissəlamdan deyilir ki, bu surəni namazda, yaxud namazdan kənar yüz dəfə oxuyan cəhənnəm odundan uzaqlaşır), "əl-Muzəkkira" (namaz surəsi olduğu üçün tez-tez zikr olunan, çox oxunan), "ən-Nur" (Peyğəmbər əleyhissəlamdan deyilir ki, hər bir şeyin nuru olduğu kimi, Qur’anın nuru "qul huval-lahu ’əhəd"dir), "əl-’Əman" (bu surəni oxuyan Allahın əzabından qorunması haqda tə’minat alır) [23, XXXII, 175–176], əş-Şərif", "əl-Bərəkəh". Əl-Kafirun surəsi ilə birlikdə "əl-İxlaseyn" [14, XXI, 537; 29, X, 429], əl-Fələq və ən-Nas surələri ilə birgə "əl-Muavvizat" adlanır [3, III, 224–237]. İşarəsi dal hərfidir (yəni 4 ayə) [14, XXI, 537].

Savabı Əl-İxlas surəsinin oxunmasının savabı barəsində bir neçə hədisdə söhbət açılır. Belə ki, Peyğəmbər əleyhissəlamın hər gecə yatmazdan əvvəl əl-Fələq və ən-Nas surələri ilə əl-İxlas surəsini oxumağı ilə yanaşı [3, III, 230], əl-İxlas surəsini gündə 200 dəfə, (50 dəfə [2, IV, 520]) oxusa əlli ilin günahları silinməsi, 10 dəfə oxuyan cənnətdə bir, 20 dəfə oxuyana iki, 30 dəfə oxuyana isə üç saray tikildiyi deyilir, ölümcül xəstə xəstəliyi vaxtı onu oxusa qəbr əzabından qurtulması, mələklər qiyamət günü həmin adama himayə etmələri, cənnətə aparan Siratdan keçirmələri, cümə günü məsciddə dörd rük’ət namazda hər rük’ətində bir dəfə əl-Fatihə surəsini və 50 dəfə əl-İxlas surəsini oxuduqda bu dünyadan köçməzdən əvvəl cənnətdəki mənzilini görməsini, yaxud mənzil ona göstəriləndən sonra köçməsi, öz evinə daxil olarkən əl-İxlas surəsini oxuyan kəsin ailə üzvlərindən və onun qonşularından kasıbçılığın uzaq olması, əl-İxlas surəsini bir dəfə oxuyana xeyir-dua olunması, iki dəfə oxuyanın özünə və ailəsinə xeyir-dua olunması, üç dəfə oxuyanın özünə və qonşularına xeyir-dua olunması, on iki dəfə oxuyana Allah-təala cənnətdə on iki saray tikməsi, yüz dəfə oxuyanın Allah-təala 50 ilin günahlarını (qan və mal borcundan savayı) bağışlanması, dördyüz dəfə oxyana Allah-təala 100 ilin günahlarını (qan və mal borcundan savayı) bağışlaması, 1000 dəfə oxuyana isə bu dünyadan köçməzdən əvvəl cənnətdəki mənzilini görməsi, yaxud mənzil ona göstəriləndən sonra köçməsi, hətta bir dəfə isə bir nəfər Peyğəmbər əleyhissəlama kasıbçılığından şikayət edib, Peyğəmbər əleyhissəlam isə ona evinə daxil olarkən salam verməsini, evində bir kəs olmadıqda (Peyğəmbəri – [2, IV, 521]) salamlamağı və bir dəfə əl-İxlas surəsini oxumasını deyib və həmin şəxs ruzi-bərəkəti nəinki özünə, hətta qonşuları üçün də tapmış olub [28, X, 432]) . Əl-İxlas surəsini bir dəfə oxuyan Qur’anın, Tövratın, İncilin və Zəburun üçdə birisini oxumuş kimidir [2, IV, 521]. Hədislərin birində çatdırılır ki, Peyğəmbər əleyhissəlama hərbi əməliyyata rəhbər göndərdiyi bir kəsin (mənbələrdə həmin kəsin imam Əli ibn Əbu Talib ibn Abd əl-Muttəlib ibn Haşim əl-İmam Əbu əl-Həsən (600 – 661) olduğu göstərilir [2, IV, 520]) döyüş yoldaşlarına namazda imamlıq edərək namazı daim əl-İxlas surəsi ilə bitirdiyi xəbər verilir, Peyğəmbər də cavab olaraq Allahın həmin kəsi sevdiyi haqda xəbəri özünə çatdırmağı buyurur [3, IV, 273]. Əl-İxlas surəsi ilə bir neçə hədisdə İmam Əli ibn Əbu Talib arasında analogiyalar aparılır. Belə ki, birində bu surəni bir dəfə oxuyan Qur’ani-kərimin üçdə birini, iki dəfə oxuyan üçdə ikisini, üç dəfə oxuyan bütöv Qur’anı oxumuş kimi qəbul edildiyi halda, Əli ibn Əbi Talibi ürəyi ilə bağlı olan müsəlman ümmətinin savabının üçdə birini, ürəyi ilə bağlı olub dili ilə təsdiq edən üçdə ikisini, ürəyi ilə bağlı olub, dili ilə təsdiq edib, əməli ilə bildirən savabın hamısını qazanmış olur [2, IV, 522–523]. İmam Əli ibn Əbi Talibdən deyilir ki, bu surəni sübh açılmazdan on bir dəfə oxuyanı həmin gün günah izləməz [13, 604]. Başqa bir hədisdə isə deyilir ki, bir dəfə Təbukda günəş qəribə bir şəkildə ağ şüalar saçırdı və Peyğəmbər əleyhissəlam gəlmiş Cəbrail əleyhissəlamdan bunu soruşaraq Muaviyə ibn Muaviyə əl-Leysi adlı bir nəfərin vəfatı xəbərini alır və eşidir ki, həmin Muaviyənin gecə-gündüz, gəzib-durarkən-oturaraq əl-İxlas surəsi dilindən düşməyibmiş. Peyğəmbər əleyhissəlama onun üçün namaz qılmağı buyurulur [3, III, 230; 22, XX, 225; 23, XXXII, 174]. Oxşar hədisdə deyilir ki, Peyğəmbər əleyhissəlam Sə‘d ibn Muaz adlı bir kəs üçün yetmiş min mələyin, o cümlədən Cəbrail əleyhissəlamın namaz qıldıqlarını hansı əməlinə görə soruşduqda, onun əl-İxlas surəsini durarkən-oturarkən, minərkən-gəzərkən, gedərək-gələrək oxuduğuna görə cavabını almışdır [2, IV, 520]. Əl-İxlas surəsini bir nəfəsə oxumağın bəyənilməməsi barədə də hədis mövcuddur [2, IV, 520]. Evdən çıxaraq əl-İxlas surəsini on dəfə oxuyan kəsin evini evinə qayıdanadək Allah-təala Özü qoruyar [2, IV, 520]. Günlərin bir günü öz beş namazında əl-İxlas surəsini oxumayan kəsin namazı qəbul olunmaz [2, IV, 520]. Peyğəmbər əleyhissəlam hər gecə yatağa girərkən əllərini tutuşdurub-üfürərək əl-İxlas və əl-Muavvizateyn surələrini oxuyarmış [9, X, 254].

Təcvidi və qiraət fərqləri Təcvid üzrə bismil-ləəhir-rahməənir-rahiim–də 3 yerdə (l-l, r-r, r-r) assimilyasiya – الادغام (idğam) fonetik hadisəsi baş verir. Birinci halda (l-l) əl- müəyyənlik artikli sukunla olduğu və özündən sonra gələn sözün lam hərfi ilə başladığı üzündən eyni samitlərin assimilyasiyası – ادغام المثلين (idğam əl-misleyn), ikinci və üçüncü hallarda (r-r) əl- müəyyənlik artikli sukunla olduğu və özündən sonra gələn sözün lam hərfinin artikulyasiya yerinə – مخرج (məxrəc) və keyfiyyətlərinə – صفة (sifəh) yaxın olan ra hərfi ilə başladığı üzündən oxşar samitlərin assimilyasiyası – ادغام المتقاربين (idğam əl-mutəqaribeyn) baş verir. Əl- müəyyənlik artiklindən sonra gələn samitlərin şəmsiiyə adlanan samitlər qrupuna daxil olduğundan bu üç halın üçüdə şəmsiyyə assimilyasiyası – الادغام الشمسي (əl-idğam əş-şəmsi) kimi də qəbul olunur. bismil-ləəhir-rahməənir-rahiim-də habelə uzatma – مد (mədd) fonetik hadisəsi də baş verir. İki dəfə rast gələn (əə) autentik (əsl, həqiqi, təbii) – المد الحقيقي (əl-mədd əl-əsli, yaxud əl-mədd ət-təbii) 2, ya 4, yaxud 6 hərəkə miqdarında uzadılır. Sonda olan (ii) ardı ilə gələn 1-ci ayə ilə bir oxunduqda autentik, dayananda isə nümayiş olunan – المد العارض (əl-mədd əl-arid), yaxud başqa cür adlanan dayanma – وقف (vəqf) uzatması baş verir və 4, yaxud 5 hərəkə miqdarında uzadılır. 1. qul huval-laahu ’əhadun Birinci ayədə assimilyasiya (l-l) və uzatma (aa) baş verir, yuxarıda qeyd etdimiz üzrə. ((Əə)-lərin (aa)-laşması (qalın tələffüz olunması) (’al-laah) sözünün xüsusi fonetik qaydası ilə bağlıdır: özündən qabağkı səs (u), yaxud (a)-dırsa, onda (’al-laah) sözündəki (aa) qalın oxunur; qabağdakı səs (i)-dirsə burada yumşaq olaraq (əə) oxunur).