Alıc — Azərbaycan Respublikasının Quba rayonunun Amsar kənd inzibati ərazi dairəsində yerləşən kənd. Amsar bələdiyyəsinin tərkibindədir.
Toponimikası Kənd Qaraçayın sahilində yerləşir. Qədim türk dillərində alıs/alış/alıç sözü çoxmənalı olub, "çayın ağzı, mənsəbi; axar suyun hövzəyə tökülən yeri", "soyuq", "uzaq, uzaqda olan"; "düz olmayan, kələ-kötür", "dəyişdirilmiş", "iynəyarpaqlı ağac", "vəhşi heyvan, quş" və s. mənaları ifadə edir. Oykonim "uzaqda olan, ucqar kənd" deməkdir. 1933-cü ildə Quba rayonunun Digah kəndinin adı da Alıc Digah şəklində qeydə alınmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi Çar Rusiyası Quba xanlığını işağl etdikdən sonra burada kameral təsvirlər aparılıb. 1831-ci ildə aparılmış kameral təsvirə görə Quba əyalətinin Alıc kəndində ümumilikdə 148 nəfər müsəlman yaşayıb və onlar əsasən taxılçılıq və ipəkçiliklə məşğul olublar. Bu dövrdə kəndin kəndxudası Mustafa Kərim oğlu olub.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 382 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh. 629
Təhsil Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı"Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı. president.az ilə Quba rayonu Alıc kənd 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması üçün 260 000 manat vəsait ayrılmışdır."Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı" . president.az
Tanınmış sakinləri Məhəmməd əl-Alıcı — Azərbaycan alimi və şairi. 1808-ci ildə vəfat edib.
Mənbə İstinadlar
Ədəbiyyat
Kateqoriya:Quba rayonunun kəndləri