Məzmun Kədərli komediya janrında çəkilmiş film toyla bağlı adət-ənənələrimizdən bəhs edir.
Festivallar və mükafatlar 1) 2002-ci ilin avqust ayında Bakıda "Araz" kinoteatrında keçirilmiş "Bizim Naməlum Kino" festivalı Film qalib gəldiyi üçün rejissor Mehriban Ələkbərzadəyə pul Mükafatı verilmişdir.
Film haqqında Film rejissor Mehriban Ələkbərzadənin kinoda ilk işidir.
Film yazıçı İsi Məlikzadənin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: İsi Məlikzadə Quruluşçu rejissor: Mehriban Ələkbərzadə (Mehriban Ələkbərova kimi) Quruluşçu operator: Amin Novruzov Quruluşçu rəssam: Fikrət Əhədov Geyim üzrə rəssam: Nizami Bəydəmirov Bəstəkar: Cavanşir Quliyev Səs operatoru: Nataliya Nuriyeva Rejissor: Nazim Məmmədov Montaj edən: Nelli Mahmudova Operator assistenti: Kamal Məlikov Qrim edən: Gülnarə Qasmova Quraşdırılmış səhnələrin operatoru: Ramiz Babayev Quraşdırılmış səhnələrin rəssamı: Sərvər Musayev Bədii rəhbər: Eldar Quliyev Redaktor: Eldəniz Quliyev Filmin direktoru: Davud Zöhrabov Mətni oxuyan: Arif Quliyev (titrlərdə yoxdur)
Rollarda Ramiz Əzizbəyli — Nəsir Etibar Baxşıyev — Əlibala Fatma Mahmudova — Sara Lalə Bağırova — növbətçi qadın Fikrət Məmmədov — musiqiçi Dadaş Kazımov — kəndli Muxtar Avşarov — Muxtar Nazir Əliyev — müştəri
Filmi səsləndirən Hacı İsmayılov — Nəsir (Ramiz Əzizbəyli) (titrlərdə yoxdur)
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 319; 367.
Xarici keçidlər Filmi izlə
Kateqoriya:1990-cı ilin Azərbaycan filmləri Kateqoriya:Faciəvi komediya filmləri Kateqoriya:Qısametrajlı bədii filmlər Kateqoriya:"Debüt" Studiyası