Xalidə Məmməd qızı Hasilova () — Azərbaycanın yazıçısı, Azərbaycan Əməkdar Mədəniyyət İşçisi.

Həyatı Xalidə Hasilova 1920-ci ildə Zaqatalada anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Leninqrad Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. Müxtəlif illərdə "Azərbaycan qadını" jurnalında ədəbi işçi (1952-1953), "Göyərçin" jurnalının baş redaktoru (1966-1972), uzun illər isə "Azərbaycan qadını" jurnalının baş redaktoru kimi çalışmışdır.

Mükafatları Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 18.05.1972Respublikanın xalq maarifi və mədəniyyət işçilərinin Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə tətif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 18 may 1972-ci il tarixli Fərmanı — anl.az saytı Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 24.02.1979Respublika ədəbiyyat və incəsənət xadimlərinin Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 24 fevral 1979-cu il tarixli Fərmanı — anl.az saytı Qırmızı Əmək Bayrağı ordeni — 18.04.1980Azərbaycan yazıçısı, «Azərbaycan qadını» jurnalının baş redaktoru X.M.Hasilova yoldaşın Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin 18 aprel 1980-ci il tarixli Fərmanı — anl.az saytı

Yaradıcılığı Azərbaycan qadınlarının həyatından bəhs edən "Hamı doğmadır mənə", "İnsan ömrü bir nəğmədir" pyeslərini yazmışdır. Maraqlı nəsr əsərlərinin müəllifi kimi tanınan yazıçının "İlk məktub" (1951), "Lalənin kitabı" (1955), "İki yoldaş" (1956), "Onun taleyi" (1969), "Nəğməli könül" (1976), "Məhəbbət olmayanda" (1983), "Çətin yollar boyunca" (1986), "Xoruzlu dəsmal" (1994) və s. kitabları çap olunmuşdur. Uzun illər "Göyərçin" və "Azərbaycan qadını" jurnallarının redaktoru olmuş X.Hasilova "Kiçik hekayələr" (1950), "Lalənin kitabı" (1955), "Ulduzlu papaq" (1960), "Atlas yarpaqlar" (1965) və s. uşaq kitablarının müəllifidir. Eyni zamanda, o, kiçik yaşlı uşaqlar üçün tərcümələri ilə də ədəbiyyatımızı zənginləşdirmişdir. N.Nosovanın "Şən ailə" (1951), N.Tixonovun "İgid partizan" (1955), İlda Pereranın "Zənci balası Atolo" (1965), Ə.Nesinin "İndiki uşaqlar möcüzədir" (1972), Melih Bayramın "Günəş gözlü Mustafa Kamal" (1992) və b. kitabları bu qəbildəndir. Xalidə Hasilova bir sıra nəzəri məqalələrin də müəllifidir ki, onların əksəriyyəti uşaq ədəbiyyatı problemlərilə əlaqədardır. Bunlardan "Uşaq ədəbiyyatında ədəbi tənqid haqqında" "Gözəl duyğular", "Uşaqlara yüksək keyfiyyətli əsərlər verək", "Ədəbiyyat və tərbiyə" və s. göstərmək olar.

İstinadlar

Xarici keçidlər Xalidə Hasilova

Kateqoriya:Qəbulzadələr Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycanlı publisistlər Kateqoriya:Azərbaycan feministləri Kateqoriya:Azərbaycan qəzet redaktorları Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilənlər