Cəfərov Xanlar Daşdəmir oğlu — Azərbaycan kinoprodüseri, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (2000).

Həyatı Xanlar Cəfərov 6 iyul 1947-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Teatr və kino fakültəsini bitirmişdir. 1969-cu ildən C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti, film direktoru vəzifələrində işləyib. 1988-ci ildən "Rakurs" Sənədli Filmlər Studiyasının direktoru olub. 2001-ci ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi "Yaddaş" Sənədli Filmlər Studiyasının direktoru olub.

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü olmuşdur.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.

Xanlar Cəfərov 29 aprel 2016-cı ildə vəfat etmişdir.

Ailəli idi. 2 övladı və 2 nəvəsi var.

Filmoqrafiya Narahat adam (film, 2005) Azərbaycan: Tarixdən səhifələr (film, 2008) Azərbaycan Odlar Yurdu (2009) Bakı balkonları Köç

İstinadlar

Kateqoriya:Azərbaycan kinoprodüserləri Kateqoriya:Bakıda doğulanlar