Uilber və Orvill Rayt qardaşlarıЕрмолович, Дмитрий Иванович Англо-русский словарь персоналий. — М.: Рус. яз., 1993. — 336 с. — С. 309 ( (1867–1912) və (1871–1948)) — dünyanın əksər ölkələrində dünyanın ilk mühərrikli, ilk idarə olunan, uçuş qabiliyyətinə malik təyyarəsinin layihələndirilməsi və qurulmasında prioritet kimi tanınan amerikalılar.Смитсонский институт, "Братья Райт и начало эры авиации" Johnson, Mary Ann. =On the Aviation Trail in the Wright Brothers' West Side Neighborhood in Dayton, Ohio Wright State University, 2001.BBC News: Flying through the ages Bəlkə də qardaşlar eksperimental təyyarəni ilk uçuranlar deyildilər, lakin ilk olaraq təyyarənin uçuşunu idarə edənlər idilər. Onların işi dünyada təyyarə yaratmaq üçün bütün sonrakı cəhdlərə, bütün aparıcı ölkələrin aviasiya sənayesinə birbaşa təsir etdi.

Rayt qardaşlarının əsas nailiyyəti, təyyarəni effektiv idarə etmək və uçuş zamanı tarazlığını qorumaq üçün təyyarənin üç fırlanma oxu boyunca praktiki idarəetmə və sabitlik sistemləridir.Padfield, Gareth D., Professor of Aerospace Engineering, and Lawrence, Ben, researcher. "The Birth of Flight Control: An Engineering Analysis of the Wright Brothers’ 1902 Glider." (PDF format) The Aeronautical Journal, Department of Engineering, The University of Liverpool, UK, December 2003, p. 697. Onların yanaşması təyyarələrin dizaynı və qurulması üçün əsas oldu.Howard 1988, p. 89.Jakab 1997, p. 183. Rayt qardaşları, digər eksperimentçilər kimi daha güclü mühərriklər quraşdırmaq imkanı tapmaq əvəzinə, daha çox uçuşun idarə edilməsi məsələlərinin öyrənilməsinə diqqət yetirdilər. Onların külək tuneli təcrübələri, səmərəli qanad və pərvanələrin istehsalında digər aviasiya qabaqcıllarından daha məhsuldar oldu.Jakab 1997, p. 156.Crouch 2003, p. 228. 22 may 1906-cı ildə onlar təyyarə səthlərindən istifadə etməklə həyata keçirilən aerodinamik idarəetmə sisteminin ixtirası üçün 821,393 saylı ABŞ patentini aldılar.Патент на летающую машину

Rayt qardaşları çap maşınları, velosipedlər, mühərriklər və digər mexanizmlərin satıldığı mağazalarında uzun illər çalışaraq texniki biliklər əldə ediblər.Crouch 2003, p. 169.

Uşaqlıqları left|thumb|125px|Orvill Rayt 1876-cı ilin aprelində, 4 yaşında thumb|left|125px|Uilber Rayt, təxminən 1877-ci ildə Rayt qardaşları Milton Rayt (1828–1917) və Suzan Ketrin Kornerin (1831–1889) yeddi uşaqlarından ikisi idilər. Uilber 1867-ci ildə İndiana ştatının Millvil yaxınlığında; Orvill isə 1871-ci ildə Ohayo ştatının Dayton şəhərində anadan olublar. Uilber və Orvilldən başqa, digər Rayt uşaqları Reuçlin (1861–1920), Laurin (1862–1939), Ketrin (1874–1929) və əkizlər Otis və İda (1870, körpəlikdə öldü) idilər. İbtidai təhsilini alarkən etdiyi səhv hərəkətə görə Orvill məktəbdən qovulur. 1878-ci ildə yevangelist yepiskop olan və çox səyahət edən Milton Rayt kiçik oğulları üçün oyuncaq vertolyot alır.Wallechinsky and Wallace 2005, p. 12. Oyuncağın qurğusu aviasiya sahəsində qabaqcıl olan fransız Alfons Penonun ixtirasına əsaslanırdı. Oyuncaq kağızdan, bambukdan və mantardan mühərriki döndərən rezin bantla hazırlanmış, cəmi bir fut (30 sm) uzunluğunda idi. Oyuncaqla qırılana qədər oynayan Uilber və Orvill qardaşları sonra özlərininkini qurdular. Sonrakı illərdə, onlarda uçuşa maraq qığılcımının məhz, bu oyuncaqla oynanılan oyunların alovlandırdığını söylədilər.Crouch 2003, p. 56–57.Зенкевич М. А. Братья Райт, 1933 г.5. Nə Uilber, nə də Orvill evlənməyiblər.

Erkən karyera və təcrübələri right|thumb|250px|Rayt qardaşlarının təxminən 1900-cü ildə Deytondakı 7 Hawthorne küçəsində yaşadıqları ev Hər ikisi orta təhsillərini başa vurmalarına baxmayaraq, attestatlarını ala bilməyiblər. Ailənin 1884-cü ildə gözlənilmədən Riçmonddan (1870-ci illərdə ailənin yaşadığı yer) Daytona köçməsi Uilberin dörd illik orta təhsil diplomunu almasına mane oldu.

1885–1886-cı illərin qışında Uilber dostları ilə hokkey oynayarkən üz nahiyəsindən zədə aldı və bu, onun ön dişlərini itirməsi ilə nəticələndi.Зенкевич М. А. Братья Райт, 1933 г., с. 23. Bu vaxta qədər o, enerjili və atletik bir gənc idi, zədəsi ciddi görünməsə də, geri çəkildi. Üstəlik, əvvəllər planlaşdırdığı kimi Yel Universitetində təhsil almaqdan da imtina etdi. Universitetə getsəydi, karyerası tamamilə fərqli istiqamətdə inkişaf edə bilərdi. O, qardaşı Orvill ilə işləməyə başladı. Universitet əvəzinə o, sonrakı bir neçə ili daha çox evdə keçirdi, bu vaxta qədər vərəm xəstəliyinə düçar olan anasına qulluq etdi və atasının kitabxanasındakı kitablarından yararlandı.Зенкевич М. А. Братья Райт, 1933 г., с. 27. Atasına kilsəsindəki daxili münaqişələrdə də köməklik göstərib.Jakab 1997, p. 164.Зенкевич М. А. Братья Райт, 1933 г., с. 77.Crouch 2003, p. 130.

Orvill 1889-cu ildə orta məktəbin ilk ilini başa vurduqdan sonra təhsilini yarımçıq buraxaraq, Uilberin köməyi ilə nəşriyyat işinə başlamaq, öz mətbəəsini layihələndirmək və qurmaq istəyirdi. Uilber qəza nəticəsində aldığı depressiyadan uzaqlaşmaq üçün, qardaşı ilə birgə qurduğu, gündəlik çıxan "Axşam hadisələri"ndən sonra, həftəlik çıxan West Side News-un redaktoru oldu. Velosiped bumundan istifadə edən qardaşlar 1892-ci ildə velosiped təmiri emalatxanası və mağaza açdılar (bu, Wright Cycle Exchange, daha sonra Wright Cycle Company adlanırdı), daha sonra 1896-cı ildə öz markaları ilə velosipedlər istehsal etməyə başladılar. Qardaşlar müəssisələrindən əldə etdikləri vəsaiti aviasiya təcrübələrini maliyyələşdirmək üçün istifadə edirdilər. 1890-cı illərin əvvəllərində və ya ortalarında Otto Lilientalın planerlərinin fotoşəkillərinin dərc olunduğu qəzet və ya jurnal məqalələri, qardaşların əlinə keçdi. 1896-cı ildə dünya aviasiyasında üç mühüm hadisə baş verdi. May ayında Smitsonian İnstitutunun katibi Samuel Pirpont Lenqli buxarla işləyən uçan model təyyarəni uğurla işə saldı. Yayda Çikaqolu mühəndis və məşhur aviator Oktav Çanute Miçiqan gölünün sahillərindəki qum təpələri üzərində müxtəlif növ planerləri sınaqdan keçirmək üçün bir neçə gənci işə götürdü. Yayda Çikaqolu mühəndis və məşhur aviator Oktav Çanute Miçiqan gölünün sahillərindəki qum təpələri üzərində müxtəlif növ planerləri sınaqdan keçirmək üçün bir neçə gənci işə götürdü. Avqust ayında Otto Liliental planerinin qəzaya uğraması nəticəsində öldü. Bu hadisələr qardaşlara çox böyük təsir göstərdi.Crouch 2003. Chapter 10, "The Year of the Flying Machine" and Chapter 11, "Octave Chanute". 1899-cu ilin may ayında Uilber Smitsonian İnstitutuna məktub yazaraq aviasiyaya dair məlumat və nəşrlər tələb etdi və bir neçə broşür və tövsiyə olunan yazıların siyahısını aldı.Howard 1988, p. 30.Зенкевич М. А. Братья Райт, 1933 г., с. 33. Ser Corc Keyli, Oktav Şanyut, Otto Liliental, Leonardo da Vinci və Samuel Lenqlinin işlərindən valeh olan onlar elə həmin il ilk təcrübələrinə başladılar.

Rayt qardaşları öz ixtiralarının hüquqlarına birgə sahib olmaqla həmişə cəmiyyətdə vahid şəkildə görünüblər. Bununla belə, bioqraflar qeyd edirlər ki, Uilber 1899–1900-cü illərdə aviasiya layihələrinin təşəbbüskarı olub, Orvill qardaşının layihələrində ciddi iştirak etməyə başlamazdan əvvəl "öz" avtomobili və "öz" planları haqqında yazıb; yalnız bundan sonra "biz" və "bizim" sözləri önə çıxmağa başlayır. Müəllif Ceyms Tobin iddia edir ki, "Orvilli ondan daha parlaq təsəvvür etmək mümkün deyil. O, sadəcə bu birgə işdə dəstəkverici rolunu oynayırdı. Ohayo emalatxanasının arxa otağından tutmuş oliqarxlar, prezidentlər və krallarla görüşlərə qədər əsas rolu Uilber oyanyırdı. O, əvvəldən axıra qədər lider idi".Tobin 2004, p. 92.

İdarəetmə haqqında fikir Otto Lilientalın faciəli taleyinə baxmayaraq: ilk mühərrikli uçuşdan əvvəl uçuş idarəetmə sistemlərinin sınaqdan keçirildiyi sürüşmə uçuş təcrübəsini və onun strategiyasını, Rayt qardaşları qəbul etdilər. 1899-cu ildə britaniyalı aviator Persi Pilçerin planer qəzasında həlak olması onlarda uğurlu və təhlükəsiz uçuşun açarının, praktiki idarəetmənin açarı olması inamını gücləndirdi. Təcrübələrinin əvvəlində onlar nəzarəti "uçuş probleminin" həll olunmamış üçüncü hissəsinə yönəltdilər.Crouch 2003, p. 166. Onlar hesab edirdilər ki, digər iki problemi – lift və mühərrikləri həll etmək üçün artıq kifayət qədər bilik və təcrübə toplanılıb. Eyni zamanda, Şanyuta, Liliental və Pilçerin təcrübələrindən Raytlara məlum olan pilotun bədən çəkisini hərəkət etdirərək nəzarət və tarazlaşdırma üsulu onları heç də qane etmirdi. Beləliklə, Rayt qardaşlarının yanaşması Klement Ader, Hayrem Maksim və Lenqli kimi bir sıra müasirlərinin yanaşmasından kəskin şəkildə fərqlənirdi.Tobin 2004, p. 53. left|thumb|250px|1899 Rayt qardaşları planerinin idarəetmələrini göstərən ön və yan görünüşlər. Aşağıdakı rəsmdə qanadın əyriliyi görünür. (Konqres Kitabxanasındakı Rayt qardaşları tərəfindən çəkilmiş rəsm). Müşahidələrə əsaslanaraq Uilber belə nəticəyə gəldi ki, quşlar bədənlərini sağa və ya sola çevirmək üçün qanad uclarının bucağını dəyişirlər.Tobin 2004, p. 70.Зенкевич М. А. Братья Райт, 1933 г., с. 48. Qardaşlar velosipedçilərdə də olduğu kimi, quşlar kimi dönmə istiqamətində "rulon" və ya "əyilmə" yaratmaq (Qardaşlar belə təcrübəyə yaxşı bələd idilər) uçan aparatın dönməsi üçün yaxşı bir yol olacağı qənaətinə gəldilər. Bundan əlavə, yan küləyin təyyarəni bir tərəfə (yan tarazlıq) əydiyi təqdirdə bu metodun tarazlığı bərpa etməyə imkan verəcəyini necə hesabladıqları çox vacib idi. Onlar uzun müddət süni qanadlarla eyni effekti əldə etmək üçün tərəddüdlər yaşasalar da, nəhayətyeni üsulu: qanadların əyilməsini icad etdilər.Tobin 2004, p. 53–55.

Rayt qardaşlarının özləri bir təyyarənin aerodinamik rulman idarəsini ilk təklif edənlər olduğunu iddia ətsələr də, əslində, bir çox ixtiraçılar əvvəllər də oxşar ideya: B. Laurenso de Quzman (Braziliya, 1709), Jan Mari Le Bri (Fransa, 1858), M. Boulton (Böyük Britaniya, 1868), R. Hart (Böyük Britaniya, 1870), C. Renard (Fransa, 1871), O. Liliental (Almaniya, 1895), A. Volfmüller (Almaniya, 1895), E. Gallaudet (ABŞ, 1898) irəli sürmüşlər. Eyni zamanda, Renard və Gallaudet uçan modellərdə, Le Bris, Liliental və Volfmüller isə tam miqyaslı planerlərdə oxşar idarəetmə üsulunu tətbiq etdilər, lakin sonradan praktikada işlək aerodinamik roll idarəetmə sistemini ilk nümayiş etdirən Rayt qardaşları oldu.

Bir çox digər aviasiya qabaqcılları, nəqliyyat vasitəsinin yerdən yuxarı olmasından başqa, uçuşun yerdə hərəkət etməkdən idarəetmə baxımından heç bir fərqi olmadığına inanırdılar. Uçuşun idarə edilməsinin gəmi kimi sükanla mümkün olduğunu təsəvvür edərək, sanki təyyarə yerin (su) səthində qatar, avtomobil və ya gəmi kimi daim eyni hündürlükdə havada olur. Yavaş-yavaş əyilmə və ya bir tərəfdən digər tərəfə fırlanma ideyası arzuolunmaz idi və ya ümumiyyətlə nəzərə alınmamışdı.Crouch 2003, p. 167–168. Lenqli və Şanyuta da daxil olmaqla, bu digər eksperimentatorlardan bəziləri, bir təyyarə pilotunun mexaniki uçuş idarəsini həqiqətən tətbiq etmək üçün küləyin əsməsinə kifayət qədər tez cavab verə bilməyəcəyinə inanaraq, "məxsus sabitlik" idealını axtarırdılar. Rayt qardaşları pilotun öz aparatına mütləq nəzarət etməsini istəyirdilər.Crouch 2003, p. 168–169. Bu səbəbdən, onların ilkin dizaynlarında strukturun özünün sabitliyinə (müsbət bucaqlı qanad kimi) heç bir səy göstərilməmişdi. Onlar 1903-cü ildə şüurlu şəkildə işlərini inkişaf etdirərək, əvvəlcə təbii olaraq qeyri-sabitdir, lakin güclü çarpaz küləklər tərəfindən çevrilməyə daha az həssas olan mənfi bucaqlı qanadlarından istifadə etdilər.

Uçuşlar

Uçuşdan öncə 1899-cu ilin iyulunda Uilber 5 metrlik, iki qanadlı uçurtması ilə apardığı təcrübəsi nəticəsində onun qanadlarının əyilməsini müşahidə etdi. Çarpma nəticəsində qanadın bir tərəfi daha çox qalxaraq, yüksəlir və gəmi aşağı uca doğru dönməyə başlayırdı. Çarpma uçurtmaya bərkidilmiş dörd kabel vasitəsilə həyata keçirilirdi. Kabellər, qanadların fırlanaraq, uçurtmanın müvafiq olaraq sağa və ya sola çevrilməsi üçün uçurtmanı uçuran və onları əks istiqamətlərə çəkən adamın əlində olan iki çubuğa bağlanmışdı.