thumb

Armudlu — Azərbaycan Respublikasının Qax rayonunun Qaşqaçay kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Böyük Qafqaz Dağlarının əhatəsində olan Armudlu kəndi Qax rayonunun Qaşqaçay inzibati ərazi vahidində, Qaşqaçayın sol sahilində, Cavanşir zirvəsi (Qanbay) dağının ətəyində yerləşir. .Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Coğrafiyası və iqlimi Qax rayonun mərkəzindən 19 km məsafədə yerləşir və təxminən 20–25 evdən ibarətdir. Kənddə 1 məktəb və 1 mağaza var.

Armudlu dağlarla əhatə olunmuş kənddir.

Əhalisi •1 yanvar 2020-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 48 təsərrüfatda 183 nəfər əhali yaşayır.Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat

•Kənd əhalisi mənşəcə azərbaycanlaşmış Saxurlardan ibarətdir Onlar Danyal bəyin nəslindəndir. Bu nəsil İmam Şamil tərəfindən yürüdülmüş azadlıq mübarizəsinə dəstək verməsi ilə təsnif olunublar. Hazırda onlar Armudlu kəndi xaricində İlisu və Zaqatala rayonunda yerləşən Yuxarı Tala kəndlərində məskunlaşıblar. Bundan əlavə, digər nəsillər də köklü türk tayfa və ya oymaqlarına mənsub olmaqla kəndin etnik kompozisiyasını formalaşdırırlar.

Tanınmış şəxsiyyətləri Şahmurad Rəhimov. Qəzənfər Məhərrəmov (SSR güləş ustası) Elçin Hüseynov

İstinadlar

Həmçinin bax

Kateqoriya:Qax rayonunun kəndləri