Cırtdan–"pəhləvan" () — Azərbaycan cizgi filmi.

Məzmun

Film “Cırtdan” Azərbaycan xalq nağılının motivləri əsasında yaradılmışdır.

Burada Cırtdanın başına gələn əhvalatlardan, xeyirlə şərin mübarizəsindən bəhs olunur.

Film haqqında

Film SSRİ Televiziya və Radio Verilişləri Dövlət Komitəsinin sifarişi ilə 1981-ci ildə C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında hazırlanıb.

Applikasiya filmidir.

Bu film 2018-ci ildə "Peri Film" MMC şirkəti tərəfindən xüsusi olaraq Animafilm 1-ci Azərbaycan Beynəlxalq Animasiya Festivalı üçün Buta Film kinostudiyası, rejissor İlqar Nəcəf və prodüser Vidadi Rüstəmovun da texniki dəstəyi ilə Azərbaycan dilinə tərcümə və dublaj edilib.

2022-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, kuratorunun “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyevin olduğu “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama daxil edilmiş digər keçmiş və müasir milli animasiya filmlərilə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən I Daşkənd Beynəlxalq Animasiya Forumunda (Tashkent International Animation Forum) göstərilib. Forumda filmin rəssamı Elçin Hami Axundova “Animasiyanın inkişafına verdiyi töhfəyə görə” mükafatı verilib. Ona mükafatı forumun direktoru Dante Rustav təqdim edib.

Filmin heyəti

Filmin üzərində işləyənlər Ssenari müəllifi: Tofiq Ağayev, Aleksandr Timofeyevski Rejissor: Bəhmən Əliyev Quruluşçu rəssam: Elçin Axundov Operator: Antonina Korotnitskaya Bəstəkar: Rauf Əliyev Mahnıların mətni: Aleksandr Timofeyevski Səs operatoru: Akif Nuriyev Multiplikasiya rəssamı: Rauf Dadaşov, Vaqif Məmmədov, Arifə Hatəmi, Gülşən Quliyeva, Solmaz Hüseynova, Vladimir Zarubin Rəssam: T. Hüseynov, Aydın Lazımov, Hüseyn Cavid İsmayılov, S. Candarov, Zəkiyyə Mahmudova, Cəvahir Quliyeva, Lalə Məmmədova (Lalə Ağacanova kimi), Y. Melkumova Redaktor: D. Tahirova Filmin direktoru: E. Şirinov

Filmi səsləndirənlər Klara Rumyanova — Cırtdan Stanislav Fedosov

Dublaj Prodüser: Rəşid Ağamalıyev Səs rejissoru: Hüseyn Həsənov Səsləndirənlər: Kəmalə Rövşən, Elçin Hami Axundov Mətnin tərcüməsi: Gülşən Hüseynova Şeirlərin tərcüməsi: Sevinc Elsevər, Gülşən Hüseynova

Həmçinin bax Cırtdan və div ”Cırtdan” cizgi filmi (1969)

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.

Xarici keçidlər YouTube-da — izlə

Про Джыртдана Великана “Cırtdan-pəhləvan” (1981) filminin səhnə təsviri (raskadrovka) Cırtdan-pəhləvan. Birinci film (1981) — Azərbaycan dilində Azərbaycan Professional Kinorejissorlar Gildiyasının sabiq rəsmi saytında — Cırtdan-pəhləvan "Cırtdan - Pəhləvan" (1981) filminin eskizi

Kateqoriya:1981-ci ilin Azərbaycan filmləri Kateqoriya:Komediya filmləri Kateqoriya:Qısametrajlı cizgi filmləri Kateqoriya:Macəra filmləri Kateqoriya:Musiqili filmlər Kateqoriya:Uşaq filmləri Kateqoriya:Rusca filmlər Kateqoriya:Azərbaycan cizgi filmləri