Alisa Brunovna Freyndlix (; ) — Sovet və Rusiya teatr və kino aktrisası, müğənni. SSRİ xalq artisti (1981). K. S. Stanislavski adına RSFSR Dövlət mükafatı laureatı (1976), Rusiya Federasiyasının üçqat Dövlət mükafatı laureatı (1996, 2001, 2008), Rusiya Hökumət mükafatı lauretı (2010), Sankt-Peterburq şəhərinin fəxri vətəndaşı (2001).

Həyatı Alisa Freyndlix 8 dekabr 1934-cü ildə Leninqradda anadan olmuşdur. Onun atası alman mənşəli Bruno Freyndlix aktyor olmuşdur. Buna görə də Alisanın teatrla maraqlanması o qədər də təəccüblü deyildi. Məktəbdə oxuduğu dövrlərdə Alisa Freyndlix dram dərnəyinə getmişdir. 1953-cü ildə 239 nömrəli Leninqrad məktəbini bitirdikdən sonra Alisa Freyndlix Leninqrad teatr institutuna daxil olur.

1957-ci ildə institut təhsilini başa vuran gənc Alisanı Vera Komissarjevskaya adına Leninqrad teatr truppasına qəbul edirlər. Az sonra Freyndlix kinoda öz debütünü edir. Bu debüt 1958-ci ildə Vladimir Vengerovun çəkdiyi "Şəhər işıqlarını yandırır" filmində gerçəkləşmişdi. Ümumiyyətlə Alisa Freyndlixin kinoda ifa etdiyi ilk rollar o qədər də nəzərə çarpan böyük rollar deyildi.

Alisa Freyndlix 1961-ci ildə Lensovet teatrının truppasına gəlir. Burada o, əsas və teatrın aparıcı aktrisalarından birinə çevrilir. O, artıq Uilyam Şekspirin, Aleksey Aruzovun, Leonid Zorinin, Bertolt Brextin, Bernard Şounun pyeslərində rollar almağa başlamışdı.

Alisa Freyndlix tezliklə bu teatrın bədii rəhbəri İqor Vladimirovla ailə qurur. Bu nikahdan onların Varvara adlı qızları dünyaya gəlmişdir.

A. Freyndlix 1983-cü ildən M. Qorki adına Böyük Dram teatrında (hazırda Georgi Tovstonoqovun adını daşıyır) fəaliyyət göstərmişdir.

Alisa Brunovna Freyndlix 1965-ci ildə RSFSR-in əməkdar, 1971-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülmüşdür.

2015-ci ilin dekabrında Oleq Basilaşvili ilə birgə Tovstonoqov adına Rusiya Böyük Teatrının qastrol səfəri çərçivəsində Bakıya gəlmiş və Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində "Dayının yuxusu" adlı tamaşa ilə çıxış etmişdilər.

Ailə şəcərəsi Alisanın nənəsi milliyyətcə alman olub. Onun ailəsi hələ II Yekaterina zamanından Rusiyada məskunlaşıb. Orada Peterburq yaxınlığında şüşə-mərmər zavodu açmış və alman mütəxəssislər dəvət etmişlər. Alisa Freyndlixin ulu babası Şimali Almaniyadan gəlib. Babasının əmisi oğulları imperator sarayında çalışıblar. Milliyyətcə alman olsa da, anasının təkidilə sənədlərində rus kimi qeyd olunub. Beləliklə, onların nəsli gələcəkdə alman kimi sürgün olunmaq təhlükəsindən qurtulub.

Filmoqrafiya İl Azərbaycanca adı Orijinal adı Rol1955 Bitməyən əhvalat epizod1956 İstedadlar və pərəstişkarlar epizod1957 Ölməz mahnı gimnaziya tələbəsi1958 Şəhər işıqlarını yandırır Zina Piçikova1959 Təzə evlənənlər haqqında povest Qalya1961 Zolaqlı reys Şuleykinin köməkçisi1964 Fro Nataşa Bukova1965 Birinci müştəri Tanya1965 Diş həkiminin macəraları Maşa1966 12 stul Adamyeyən Elloçka1966 Üç gombul Suok (bir neçə səhnədə səsləndirmə)1967 Onun adı Robertdir mahnı ifa edən1968 Şəhər və mahnı müğənni1968 Sevmək Anya1969 Vals Marusya1969 Dünən, bu gün və həmişə müttəhimin arvadı1969 Ailə səadəti Anna Semyonovna Kapitonova1969 Möhkəm soyuqlar ana (səsləndirmə)1970 Dəmir qapının sirri Lüsya Rıjkova1972 Mənim həyatım Kleopatra1973 Vəzifə icraçısı Yevgeniya Sineqraç1973 Vera məhəlləsinin melodiyaları Alisa Akvamarinskaya1974 Anna və Komandor Anna1974 Həsir papaq baronessa de Şampinyi1974 Canvermə Vırubova1976 Hər zaman mənimlə… Tanya İlyina1976 Noxud dənəsi üzərindəki şahzadə qız kraliça1976 Mavi küçük küçük (səsləndirmə)1977 İşdə məhəbbət macərası Lüdmila Prokofyevna Kalugina1977 Yaddaş qatarı səsləndirmə1978 D’Artanyan və üç muşketyor Avstriyalı Anna1978 Köhnə dəbli komediya Lidiya Vasilyevna Jerber1978 Səhvlər komediyası Liz (səsləndirmə)1979 Stalker Stalkerin arvadı1980 Sergey İvanoviç təqaüdə çıxır Sergey İvanoviçin qızı1980 Üç il Polina Rassudina1980 Ayrılanlar səsləndirmə1981 Təhlükəli yaş dövrü Liliya İvanovna Rodimseva1981 Əlverişsiz hava üçün təşəkkür mahnı oxuyan1982 İki səs Yekaterina1982 Beşinci onluq Yekaterina Aleksandrovna Yoloçkina1983 Sarıbülbüllər üçün qəfəs Olesyanın anası1984 Qəddar romans Xarita İqnatyevna Oqudalova1984 Uğur Zinaida Nikolayevna Arsenyeva1985 Adi ölüm… Praskovya Fyodorovna1986 Bağışla Yelizaveta Andreyevna1986 Qar kraliçasının sirri Qar kraliçası1987 Atlanbac Marqarita Vasilyevna Kudryavseva1988 Serafima Qlükinanın yeknəsəq və bayram günləri Serafima Qlükina1989 Sonuncu ehtiraslı aşiq hər 3 qadın rolu1992 Muşketyorlar iyirmi il sonra Avstriyalı Anna1993 Kraliça Annanın sirri, yaxud Muşketyorlar otuz il sonra Avstriyalı Anna1994 Moskvaətrafı axşamlar İrina Dmitriyevna1994 Ov 1995 Özgəyə tövbə 2002 Qadın məntiqi Olqa Petrovna Tumanova2002 Qadın məntiqi 2 Olqa Petrovna Tumanova2003 Qadın məntiqi 3 Olqa Petrovna Tumanova2004 Qadın məntiqi 4 Olqa Petrovna Tumanova2004 Yuxarı Maslovkada Anna Borisovna2006 Qadın məntiqi 5 Olqa Petrovna Tumanova2008 Vasilyev adası Anna İqnatyevna2008 İlğım Pulxeriya İvanovna Tovstoqubixa2009 Bir yarım otaq, yaxud Vətənə incə səyahət Brodskinin anası2009 Muşketyorların qayıdışı, yaxud Kardinal Mazarininin xəzinəsi Avstriyalı Anna2014 Bayağı üzük Esfir Mixaylovna Şapiro2014 Martanın yolu Mariya Mixaylovna2017 Böyük Qalina Mixaylovna Beleskaya

İstinadlar

Xarici keçidlər

Alisa Freyndlix bio at Lifeactor.ru

Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:Rusiya aktrisaları Kateqoriya:SSRİ müğənniləri Kateqoriya:Rusiya müğənniləri Kateqoriya:Sankt-Peterburqda doğulanlar Kateqoriya:SSRİ xalq artistləri Kateqoriya:RSFSR xalq artistləri Kateqoriya:Rusiyanın "Dostluq" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:Rusiya Dövlət Səhnə Sənəti İnstitutunun məzunları Kateqoriya:"Qızıl maska" mükafatı laureatları Kateqoriya:Qızıl Qartal mükafatı laureatları Kateqoriya:Rusiya uzunömürlüləri Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:Rusiya teatr aktrisaları Kateqoriya:Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvləri Kateqoriya:XXI əsr aktrisaları