Aşıq Oruc Əhmədov (d. 1920, Göyçə mahalı, Yarpızlı – ö. 1976, Gədəbəy rayonu, Zəhmətkənd) — ustad aşıq, əməkdar mədəniyyət işçisi.

Həyatı Oruc Vəli oğlu Əhmədov 20 mart 1920-ci ildə Göyçə mahalının Yarpızlı kəndində "Fərzalılar" nəslində anadan olub. Atası Vəli (1854–1929) də Göyçə mahalında və eləcə də Azərbaycanın digər bölgələrində tanınmış aşıq olub.İsmayıl Məmmədli, "Atam yadıma düşdü", "Folklor və Etnoqrafiya" jurnalı, № 1, 2015. səh.77–85.

1949-cu ildə ermənilərin mənfur siyasəti nəticəsində doğma kəndlərindən Gədəbəy rayonunun Zəhmət kəndinə deportasiya olunmuşdur.

1929-cu ildə atası vəfat etdikdən sonra onun sazını sinəsinə alaraq çalıb oxumağa başlamışdır. Bir neçə il Aşıq İbrahim Alışan oğlunun şəyirdi olub.

1939-cu ildən müstəqil aşıqlığa başlayıb.

Azərbaycanda aşıqlar arasında tezliklə tanınan Aşıq Oruc Vəli oğlu respublikada keçirilən mədəni tədbirlərdə, festivallarda, Azərbaycan aşıqlarının III qurultayında (1961) iştirak edib, əməkdar mədəniyyət işçisi adına layiq görülüb. 60-dan çox saz havasını çalıb-oxuyurmuş.İsmayıl Məmmədli, Atam yadıma düşdü . "Ozan dünyası" jurnalı, № 1(22). 2015.

1953–1970-ci illərdə Gədəbəy aşıqlarına ağsaqqallıq edib. Miskin Vəli və Aşıq Məhəmmədəli ilə bərabər neçə-neçə məclislər keçirib. Aşıq şeirinin bir çox şəkillərində şeirlər yazıb.

Aşıq Orucun Aşıq Şahsuvar və Aşıq Nurəddin adında iki şəyirdi olub.

1976-cı ildə Gədəbəy rayonunun Zəhmətkənd kəndində astma xəstəliyindən vəfat etmişdir.

Ailəsi thumbnail Aşıq Vəlinin oğludur. professor İsmayıl Məmmədlinin atasıdır.

Haqqında yazılan məqalələr G. Məmmədova. Tarlada şənlik, "Təşəbbüs" qəzeti, № 33(81), 9 aprel 1966-cı il, Yevlax. M. Qardaşov. Aşıqlar ansamblı, "Qırmızı bayraq" qəzeti, № 61(619), 27 may 1966-cı il, Zaqatala. Ürəklərə yol tapır, "Tərəqqi" qəzeti, № 58(2647), 20 may 1969-cu il. Gədəbəy. El sənətkarları, "Tərəqqi" qəzeti, № 83(2822), 16 iyul 1970-ci il. Gədəbəy. Əli Əliyev, "El aşığı" məqaləsi, "Tərəqqi" qəzeti, № 103(2994), 31 avqust 1971-ci il. Gədəbəy. Z. Müseyiboğlu, Əməkçilərə hədiyyə, "Tərəqqi" qəzeti, № 35(3384), 21 mart 1974-cü il. Gədəbəy. Məhərrəm Qasımlı, "Ustad", "Ədəbiyyat qəzeti", 22 fevral 1991-ci il,№ 8. Abbas Vəfadağlı. "Ustad", "Folklor və Etnoqrafiya" jurnalı, № 4, 2010-cu il. səh.48–51. Araz Yaquboğlu, "Aşıq Orucun sazlı-sözlü dünyası", "Ozan dünyası" jurnalı, № 4(7), 2011. səh.99–102.

Mənbə Məhərrəm Qasımlı, Aşıq sənəti, Bakı, "Ozan", 1996. səh.136 Ziyəddin Məhərrəmov, "XX əsr Göyçə aşıq mühiti (1920–1950-ci illər)" Bakı, NPB-1997. səh. 40–41 Azad Ozan Kərimli, "Musiqi dünyası" jurnalı, № 3–4, 2001-ci il. səh.140–141. Qara Namazov,"Aşıqlar", Bakı, Səda, 2004. səh.330. Musa Nəbioğlu, "Ozan-aşıq dünyası", Bakı, "Nurlan", 2010, səh.77. Ziyəddin Məhərrəmov, "İrəvanda məktəbdarlıq və maarifçilik", Bakı, Nurlan, 2010. səh.178–179 "Ozan dünyası" jurnalı, № 3, 2010-cu il. səh.50–55.

İstinadlar

Xarici keçidlər

Şəkilləri thumb|200px|İsfəndiyar Rüstəmov və Aşıq Oruc thumb|200px|Rəşid Rüstəmov, Bəşir Cəfərov, İsfəndiyar Rüstəmov və Aşıq Oruc thumb|200px|Şəkildə arxada sağdan birinci Aşıq Oruc.

Kateqoriya:Göyçə aşıqları Kateqoriya:Göyçə şairləri Kateqoriya:Azərbaycanlı aşıqlar Kateqoriya:Azərbaycan aşıqları Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Göyçədə doğulanlar Kateqoriya:Gədəbəy rayonunda vəfat edənlər