Bənəniyar — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. 1 mart 2003-cü il tarixli 423-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Bənəniyar kəndi Əbrəqunus kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Bənəniyar kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Toponimiyası Əlincə çayının (Arazın qolu) sağ sahilində, Zəngəzur silsiləsinin yamacındadır. Bəzi ədəbiyyatlarda Bənəniyar, Bənənigar kimi qeydə alınmışdır. Oykonim bənən (bələn) və yar (yarğan, dərə) komponentlərindən ibarət olub, "dağ boynunda yarğan, dağ aşırımında çuxur yer" mənalarını bildirir. Kəndin coğrafi mövqeyi oykonimin ifadə etdiyi mənaya uyğundur.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007,304 səh

İqtisadiyyatı Bənəniyar rayonun ən iri yaşayış məntəqələrindən biridir. Kənd təsərrüfatı işləri əhalinin əsas məşğuliyyətlərindən biridir.

Burada Muxtar Respublikanın ən iri su anbarlarından biri, Bənəniyar su anbarı (17 mln. m³), yerləşir.

Əhalisi Əhalisi 3385 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.

Tanınmışları Akif Əliyev — kimya elmləri doktoru. Əliəddin Abbasov — Azərbaycan alimi. İbrahim Məmmədov (aktyor) — aktyor, Azərbycan Respublikasının xalq artisti.

Həmçinin bax Bənənyar qəbiristanlığı

İstinadlar

Kateqoriya:Culfa rayonunun kəndləri