Marburq () — Almaniyanın Hessen vilayətindəki universitet şəhəridir.

Şəhər öz məşhur Filipps - Marburq Universiteti (dünyanın ilk protestant universiteti), "Elizabet" Kilsəsi (Elisabethkirche) və digər tarixi abidələri ilə tanınır. Marburq təxminən 9–10-cu əsrlərdə Köln və Praqa şəhərləri arasındakı ticarət yollarının kəsişməsində yaranaraq inkişaf etmişdir. 1140-cı ildən etibarən şəhər statusu almış, burada pul kəsilməyə başlanmışdır.

İstinadlar

Kateqoriya:Hessen Kateqoriya:Almaniya şəhərləri Kateqoriya:Marburq