Qaşqaçay — Azərbaycan Respublikasının Qax rayonunun Qaşqaçay kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Coğrafiyası və iqlimi Əsasən dağlıq ərazilərdən ibarətdir. Yağıntıları bərabər paylanan mülayim–isti iqlim hakimdir.
Əhalisi 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən "Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalı"na əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Qaşqaçay kəndində milli tərkibi ləzgilərdən ibarət 98 ailə yaşayırdı.Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 168 Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik Türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. 14 may – 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Zaqatala dairəsi, Qax şöbəsi, Qaşqaçay kənd cəmiyyəti tərkibinə daxil olan Qaşqaçay kəndində 192 evdə sünni etiqadlı müsəlman avarlardan (190 evdə 555 nəfər kişilər və 431 nəfər qadınlar olmaqla toplam 986 nəfər əhali) və tatarlardanQeyd: azərbaycanlılardan (2 evdə 7 nəfəri kişilər və 6 nəfəri qadınlar olmaqla toplam 13 nəfər) ibarət 999 nəfər (562 nəfəri kişilər, 437 nəfəri qadınlar) əhali yaşayırdı.Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г.. Изд. по распоряжению главноначальствующего гражд. частью на Кавказе Завкавк. стат. ком. - 1893 Müvafiq mənbədə dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik Türklər tatarlar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla avarlar olaraq göstərilmişdirlər. 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik saxurlardan ibarət toplam 1269 nəfər əhali yaşayırdı."Кавказский календарь на 1915 год". Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе, под редакцией А.А.Эльзенгера и Н.П.Стельмащука, Тифлис. Типография Канцелярии Наместника Е.И.В. на Кавказе, казённый дом. 1914./Оглавление: Глава — Отдел статистический: Список населенных мест Кавказа, стр. 138 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 396 təsərrüfatda toplam 1055 nəfər əhali yaşayır.Qax rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat
Toponimikası Qaşqaçay oyk., sadə. Qaşqaçayın sol sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır. Yaşayış məntəqəsi sahilində yerləşdiyi çayın adını daşıyır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007.II cild. səh.427 Qaşqa qədim türkdilli abidələrdə "sakit, dinc" mənalarında işlənilən "qosqı" (qoşqı) sözünün xalq etimalogiyası təsiri ilə yaranmış formasıdır (türk dillərində "s" səsinin "ş" səsi ilə yerdəyişməsi məlumdur). Müasir dildə qoşqı sözü işlənmədiyindən Qaşqaçay şəklinə düşmüşdür. Digər fikrə görə, çay qara və boz rəngə çalan çaydaşlarının üzərindən axdığına görə yerli əhali çaya Qaşqa adı vermişlər. Əslində ad "qaşdan, dağın yüksək yerindən axan çay" mənasını verir. Azərbaycanda "qaşqa" komponentli coğrafi adlar azdır. Qırğızıstanda qaşqa komponenti ilə yaranan 62 coğrafi ad mövcuddur.
Xarici keçidlər Azərbaycan Respublikasi Qax Rayon İcra Hakimiyyəti
Tanınmış şəxsiyyətləri Cavanşir Rəhimov — Azərbaycanın Milli Qəhrəmanı Rəfael Süleymanov — Tarix elmləri doktoru, professor. Abdulhəmid Manafov — Sərbəst güləş üzrə Veteranlar arasında dünya birinciliyinin 2012-ci il qızıl, 2013-ci ildə isə bürünc mükafatçısı. Tofiq Osmanov — Texnika elmləri namizədi, dosent. Ənvər Əfəndiyev — General-leytenant, Azərbaycan Respublikasının müdafiə nazirinin müavini, Birinci Qarabağ müharibəsinin və İkinci Qarabağ müharibəsinin iştirakçısı. Cavid Abdullayev — İkinci Qarabağ müharibəsi şəhidi.
İnfrastrukturu 2012-ci ildə kənd sürətli internet xidməti ilə təmin olunmuşdur.Qax rayon İcra Hakimiyyəti: Poçt və Rabitə
İstinadlar
Həmçinin bax Zaqatala dairəsi Qax rayonu
Kateqoriya:Qax rayonunun kəndləri