Ağçay — Azərbaycan Respublikasının Qax rayonunun İlisu kənd inzibati ərazi dairəsində kənd.

Əhalisi 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Ağçay kəndində milli tərkibi ləzgilərdən və bəylərdən ibarət 27 ailə yaşayırdı.Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 168 Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 179 təsərrüfatda hər iki cinsdən toplam 495 nəfər əhali yaşayır.Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat

Toponimikası Ağçay oyk., sadə. Xaçmaz r-nunun Niyazoba i.ə.v.-də kənd. Ağçayın kənarındadır. XIX əsrdə gəlmə rusların məskunlaşdığı bu kənd Vasilyevka (1992-ci ilədək) adlandırılmışdı; Ağçayın sahilində, Baş Qafqaz silsiləsinin c. ətəklərindədir. Yaşayış məntəqəsi 1953-cü ildə yeni yaradılmış üzümçülük sovxozunun fəhlələri üçün salınmışdır. Kəndlər öz adlarını ərazidəki eyniadlı çaydan almışlar. Ural və Rostov vilayətlərində də eyni-adlı (Aksay) yaşayış məntəqələri qeydə alınmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Xarici keçidlər Qax rayonunun Ağçay kəndinin balaca sakinlərinə bayram hədiyyəsi

İstinadlar

Kateqoriya:Qax rayonunun kəndləri