Xaspolad — Azərbaycan Respublikasının Quba rayonunun Zərqava kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Xaspolad oyk, sadə. Yan silsiləsinin (Böyük Qafqaz) ətəklərindədir. Kəndin keçmiş adı Xaspolad qışlağı olmuşdur. Kəndin ərazisi XVIII əsrdə Xaspolad adlı şəxsə məxsus qışlaq yeri olmuş, sonralar daimi yaşayış məntəqəsinə çevrilmişdir və kəndin adındakı qışlaq sözü də ixtisara uğramışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 367 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Quba rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Quba rayonunun kəndləri