Əlibəyqışlaq — Azərbaycan Respublikasının Quba rayonunun Elbir kənd inzibati ərazi dairəsində kənd. Ağbil bələdiyyəsinin tərkibindədir.
Toponimikası Əlibəyqışlaq oyk, mür. Qusar maili düzənliyindədir. XIX əsrdə kəndin ərazisi Zizik kəndinin bəylərindən biri olan Əlibəy Zizikskiyə məxsus qışlaq yeri idi. Kəndin ilk sakinləri də Zizik kəndindən köçmüş ailələr olmuşdur.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 953 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Tanınmışları Abdurəhmanova Fidan Nizaməddin qızı — Filologiya üzrə fəlsəfə doktoru dosent, Prezident təqaüdçüsü, AMEA-nın Ədəbiyyat İnstitutunun aparıcı elmı işçisi. Zaur Əhmədov — İqtisadçı alim.
Həmçinin bax Quba rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Quba rayonunun kəndləri