Dəndənəkan döyüşü — 1040-cı il mayın 23-də Mərv yaxınlığında Dəndənəkan adlı yerdə Səlcuqlarla Qəznəvilər arasında baş verən savaş.
Tarixi I Məsud 50 minlik qoşun, 300 döyüş fili ilə səlcuqlara qarşı çıxdı. Döyüş zamanı səlcuqlar geri çəkildilər. Əhali ağır vergilərə görə Qəznəvi döyüşçülərinə kömək etmədi. 1040-cı il mayın 23-də Mərv yaxınlığında Dəndənəkan adlı yerdə Səlcuqlarla Qəznəvilər arasında qanlı döyüş baş verdi. Səlcuq ordusu milli döyüş üsulundan istifadə edərək, qollara ayrıldı. Bir qol vuruşandan sonra geri çəkilir, onu başqası əvəz edirdi. Qəznəvi ordusunda vuruşan 300 oğuz türkü səlcuqların tərəfinə keçdi. Oğuzlar qalib gəldilər.Köymen, s.321–339 Oğuz qəbilələrinin döyüşdən bir gün sonra çağrılmış qurultayında Toğrul bəy (1040–1063) sultan elan edildi.Merçil, s.75–76
Qəznəvi dövlətinin məğlub olmasının səbəbi daxili ziddiyyətlər, əhalinin narazılığı, türk qulamlarının səlcuqlara rəğbəti idi.
Səlcuqlar Mərv şəhərində keçirilən qurultayda qərb və şərq istiqamətlərində yeni torpaqlar tutmağı qərara aldılar. İran, Bizans, Cənubi Qafqaz, o cümlədən Azərbaycana yol açıldı. 1043-cü ildə paytaxt Nişapurdan Reyə köçürüldü. Səlcuqlar 1040–1054-cü illərdə hərbi yürüşləri nəticəsində Sistan, Bəlx, Xarəzm, Həmədan və Qərbi İranı ələ keçirdilər. Onlar 120 illik Buveyhilər dövlətinin varlığına son qoydular.
İstinadlar
Mənbə Qerdîzî (1347/1928). Zeynü'l-ahbâr, nşr. Abdülhayy Habîbî, Tahran. Köymen, Mehmet Altay (1993). Büyük Selçuklu İmparatorluğu Tarihi. Cilt 1. Kuruluş Devri, Türk Tarih Kurumu Yayınları, Ankara. ISBN 975-16-0117-7. Merçil, Erdoğan (1989). Gazneliler Devleti Tarihi, TTK Basımevi, Ankara. ISBN 975-16-0189-4.
Həmçinin bax Səlcuqlular Qəznəvilər dövləti Malazgird döyüşü
Kateqoriya:Türkmənistandakı döyüşlər Kateqoriya:Müharibələr Kateqoriya:23 maydakı hadisələr Kateqoriya:1040-cı ildəki hadisələr Kateqoriya:Qəznəvilər dövləti Kateqoriya:XI əsrdə Səlcuqlu imperiyası Kateqoriya:Səlcuqlu imperiyasının döyüşləri Kateqoriya:Səlcuq sülaləsi