"Gəncə" Maşınqayırma zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə.

Tarixi Gəncə Maşınqayırma zavodu Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 11 avqust 1977-ci il tarixli 44 nömrəli Qərarı ilə SSRİ radiosənayesi nazirinin 21 oktyabr 1977-ci il tarixli 442 nömrəli əmri əsasında 1984-cü ildən inşa olunmağa başlanmışdır.

Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 1992-ci il tarixli 160 nömrəli Fərmanına əsasən Gəncə Maşınqayırma zavodu "Azəriqaz" Dövlət şirkətinin tərkibinə daxil edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2006-cı il tarixli 462 nömrəli Fərmanına əsasən zavod Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir.

Fəaliyyət sahələri Xüsusi və mülki təyinatlı məhsulların istehsalı.

Texnoloji imkanları Gəncə Maşınqayırma zavodunun fəaliyyəti aşağıdakı istehsal sahələrindən ibarətdir:

mехаniki yığmа; gövdə hissələrinin, valların hazırlanması, muftaların emalı; soyuq ştamplama; qaynaq: arqon-qövs qaynağı, qaz qaynağı, lehimləmə; plastik kütlə istehsalı; ağac emalı; kimyəvi örtükləmə: sinkləmə, fosfatlaşdırma, passivləşdirmə; alət istehsalı: kəskilər, texnoloji tərtibatların hazırlanması, ştampların  hazırlanması; qeyri-standart avadanlıqlar, stendlər.

Mənbə

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Kateqoriya:Müəssisələr