Zizik — Azərbaycan Respublikasının Quba rayonunun Çinarlı kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Zizik oyk.. sadə. Qudyal çayının sahilində, Qusar maili düzənliyindədir. Yerli məlumata görə, kəndi XIX əsrdə Dağıstanın Qasımkkənd r-nunun Zizik kəndindən köçüb gəlmiş ailələr salmışlar. Oykonim ərazidəki eyniadlı Zizik dağın adından yaranmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427 Dağıstanın Süleyman-Stalski rayonunda eyni adda Zizik kəndi var.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1588 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Din Kənddə Zizik kənd məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR — 2011-ci ildə qeydiyyatdan keçənlər . scwra.gov.az

Tanınmış şəxslər Əli bəy Harun bəy oğlu Zizikski (noyabr 1876, Zizik, Quba qəzası – 18 sentyabr 1929, Bakı) — Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, hərbi və ictimai xadim, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin və İttihad Partiyası üzvü. Azərbaycan Parlamentinə millət vəkili, eyni zamanda Bakı qubernatorunun köməkçisi əslən Zizik kəndindəndir.

Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Quba rayonunun kəndləri