Məzmun Ən çətin şəraitdə belə insan dözməli, ömrünü ləyaqətlə yaşamalıdır, başqalarına lazım olduğunu heç vaxt unutmamalıdır.Filmdə əsas fikir bundan ibarətdir. Burada mürəkkəb və maraqlı mövzu-insan və həyatın sərtliyi, insan və bəxtin dönüklüyü açılıb göstərilmişdir.
Film haqqında Film yazıçı Elçinin "Toyuğun diri qalması" povesti əsasında ekranlaşdırılmışdır. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Elçin Quruluşçu rejissor: Şahmar Ələkbərov Quruluşçu operator: Rafiq Əliyev Quruluşçu rəssamlar: Elbəy Rzaquliyev, Rafiq Nəsirov Bəstəkar: Ramiz Mirişli Səs operatoru: Nataliya Nuriyeva(Natalya Nuriyeva kimi) Montaj edəni: Nailə Dadaşova Mahnıların mətni: Fikrət Qoca Rejissor: Fərid Hümbətov Geyim rəssamı: Afət Məmmədova Qrim rəssamı: Namiq Manafov Rejissor assistenti: Rafiq Orucov Operator assistentləri : E. Zeynalov, Xaqani Hüseynov Dekorasiya üzrə rəssam: N. Mustafayev Montaj üzrə assistent: A. Budaqova İşıq ustası: Niyazi Zeynalov İşıq tənzimçisi: Əminə Cəfərova Çalır : Rafiq Babayevin idarəsi ilə İnstrumental Ansambl Filmin redaktoru: Aydın Dadaşov Filmin direktoru: Rimma Abdullayeva
Rollarda Oğuldurdı Məmmədquliyeva — Zibeydə Mehriban Xanlarova — Zibeydə (gənc) İnarə Zeynalova — Zibeydə (uşaq) Səfurə İbrahimova — Dürdanə Kəmalə Hüseynova (Kəmalə Abdullayeva kimi) — Dürdanə (gənc) Nuriyyə Əhmədova — Roza B. Hüseynova — Nisə Əbdülqəni Əliyev — Ağagül Tələt Rəhmanov — Səfər Z. Kərimova — Şəfiqə R. Hacıyev Nazim Ağayev — mahnı oxuyan Tariyel Qasımov — Dürdanənin tanışı Süleyman Əhmədov — bolşevik Larisa Xələfova — əxlaqsız qadın Fikrət Məmmədov — "Jiquli" sahibi Eldəniz Rəsulov — "Jiquli" sahibi R. Ələkbərova Nəcibə Behbudova — Ağabacı M. Vəkilova Zilli Namazov F. Hacıyev Nəmxuda Usubəliyev Gümrah Rəhimov Loğman Kərimov — faytonçu Dadaş Kazımov — Bəşir Muxtar Maniyev — İsrafil Kamil Məhərrəmov — "Qızıldiş" Təvəkkül İsmayılov — rəqs edən (titrlərdə yoxdur) Cahangir Sultanov - epizod
Filmi səsləndirənlər Əjdər Həmidov — sürücü (titrlərdə yoxdur) Hacı İsmayılov — İsrafil (Muxtar Maniyev) (titrlərdə yoxdur) Nəcibə Hüseynova — Zibeydə (Mehriban Xanlarova) (titrlərdə yoxdur) Pərviz Bağırov — Ağagül (A. Əliyev) (titrlərdə yoxdur) Sona Mikayılova — alıcı (titrlərdə yoxdur)
Mənbə Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 278-298; 311; 342-345.
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı
Xarici keçid
Filmi izlə
Kateqoriya:1989-cu ilin filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Fahişəlik haqqında filmlər