() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Yabanı halda dünyanın mülayim iqlimi rayonlarında – Şimali Afrikada, Avropada, Kiçik və Mərkəzi Asiyada, Şimali Amerikada, Avstraliyada və Yeni Zelandiyada bitir.
Botaniki xarakteristikası Hündürlüyü 50-150 sm olan, çox şahələnmiş, budaqlı, çoxillik bitkidir. Gövdəsi çılpaq, hamar, budaqları düz, yuxarı istiqamətlznmişdir. Kladodiləri nazik, düz, sapşəkilli, uzunluğu 1-3 sm, üç-altı ədəd, oturaqdır, yuxarı istiqamətlənmiş və ya çox-az gövdəyə yapışmışdır. Çıçəklərı ağ-sarımtıl, 1-2 ədəd, uzun,ortasından bölünmüş və ya bir az aşağı vəya yuxarı ayaqlarda əsas oxda və budaqlarda yerləşir; çiçəkyanlığı zəngvari-qıfşəkilli, uzunsov hissəlidir. Kanarları ağ haşiyəlidir. Erkək çıçiçəklərin uzunluğu təxminən 5 mm, tozluqları təxminən erkəkcik saplarına bərabərdir. Çox qisa ayaqlarda yerləşmiş oturaq, uzunluğu təxminən 1 sm-dir. May-iyun aylarında çıçəkləyir. Meyvəsi şarşəkilli, qırmızı giləmeyvə olub, tez qaralandır. Meyvələri avqustda yetişir.
Ekologiyası Rütübətsevən, kölgəyədavamlı bitkidir.
Azərbaycanda yayılması Böyük Qafqazda, Naxçıvanda, Abşeronda, Murovdağda, Lənkəranda, Astarada rast gəlinir.
İstifadəsi Ampel bitkisidir, tək əkinlərdə yaxşı görünür.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Asiya florası