() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Vətəni Şərqi və Cənubi Afrikadır, tropik və subtropik meşələrdə, çay vadilərində, düzənliklərində, savannalarda və orta dağ zolağında bitir.
Botaniki xarakteristikası Sarmaşan yarımkoldur. Sapşəkilli yarpaqlara bənzəyən şəklini dəyişmiş gövdələri (fillokladilər) 3–12 ədəd olmaqla dəstələrə yığılmışdır. Uzunluğu 0,5–1,5 sm, diametri 0,5 mm-ə qədərdir. Onlar bir az əyilmiş, açıq yaşıldır və bütün bitkiyə zərif görünüş verir Ayrıca zoğları horizontal yerləşək xırda-lələkvari yarpaqlara bənzəyir. Zoğları çox budaqlanır, çılpaqdır. Yarpaqları xırda (0,5 sm), üçkünç, qonur pulçuqlara qədər reduksiya olunmuşdur. Çiçəkləri xırda, tək və ya 2–4 ədəd, ağdır. Meyvələri giləmeyvəşəkilli, göyumtül-qaradır. 1–3 toxumludur.
Ekologiyası Çoxillik torpağa tələbkar olmayan bitkidir.
Azərbaycan yayılması Mərdəkan dendrarisində 1986-cı ildə introduksiya edilmişdir. Respublikada subtropik bölgələrdə meşələrdə, çay vadilərində, düzənliklərdə və orta dağ zolağında bitir.
İstifadəsi Gözəl, əyilmiş zoğları floristlər tərəfindən istifadə edilə bilər. İki ildən sonra bitkinin dirəyə ehtiyacı vardır.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Cənubi Afrika florası Kateqoriya:1850-ci ildə təsvir edilən bitkilər Kateqoriya:30–34 ID olan Taksonbar