Xəzər-ərəb müharibələri — VII–IX əsrlərdə ərəblərlə xəzərlər arasında baş vermiş müharibələr, ümumi adla xəzər-ərəb hərbi münaqişələri. Bu müharibələr VII əsrin II yarısında IX əsrin I yarısına qədər fasilələrlə davam etmişdir və mahiyətinə görə Sasanilər İmperiyası ilə xəzərlərin, hunların və başqa türklərin müharibələrinin davamı hesab oluna bilərlər. Döyüş əməliyyatları əsasən Azərbaycan, Dağıstan və onlara bitişik ərazilərdə keçirilirdi, Azərbaycan ərazisində olan dövlətlər bu döyüş əməliyyatlarında fəal iştirak edirdi. Döyüş əməliyyatları əsasən Azərbaycan ərazisində baş verdiyi üçün ən çox Azərbaycan xalqı əziyyət çəkirdi. Bu müharibələr fərqli olsa da ərəblərin bizanslılarla müharibələri ilə xəzər -ərəb müharibələri arasında müəyyən əlaqə vardı. Müharibənin xüsusiyətlərindən biri həm də o idi ki ərəblər əsasən böyük şəhərlərə, qalalara və onların qarnizonlarına və Xilafətin mərkəzindən göndərilən nizami ordulara istinad edirdilər, xəzərlər isə daha çox şəhərlərdən uzaq ərazilərdə hakim idilər və daha çox təbii sədlərə istinad edirdilər, ancaq yürüş zamanı şəhərləri həmlə edirdilər. Hərçənd ki xəzərlərin də şəhərləri vardı.

Birinci müharibə right|thumb|150px|Dərbənd qalası

Xəzərlərin nəzarəti altında olan Dağıstan və Arran şimalı Azərbaycanı istila edən ərəblərin ilk məqsədi olub. Bu xüsusi ilə çox mühüm strateji istehkam olan Dərbəndə aiddir. Belə ki, bu barədə Bəlazuri yazır: "639-cu ildə ərəb qoşunlarının bir hissəsi Azərbaycandan şimal-qərb tərəfə keçdi və bir neçə vuruşmadan sonra Mukanı işğal etdi və əhalisini cizyə verməyə məcbur etdi.Bəlazuri, 326. Sonra o yazır:" Bu dəstənin komandanı Bukeyr ibn Abdullah mukanlılarla müqavilə bağladı və onlara aşağıdakı məzmunda fərman verdi…..Təbəri, I, 2666;Bəlazuri, 326; İbn əl Əsir, III, 22 ,.." Bukeyr ibn Abdullah Mukandan Xəzər dənizi sahili ilə şimala doğru hücum etdi və həmin il Bab-ül-Əbvaba çatdı"Yenə orada, I, 2665–2666, İbn əl Əsir, III, 21–22. Sonrakı 642–643-cü ildə xəlifə Ömər Dərbəndə Surakə ibn Əmri göndərdi. Surakə ordusunun qabaq dəstəsi Əbdürrəhman ibn Rəbiə əl-Bəhilinin komandanlığı ilə şəhərin hasarları yanında Bukeyr ilə birləşdi. Surakənin ölümündən sonra xəlifə Dərbənd yaxınlığındakı sərhəd xəttinə Əbd-ür-Rəhman ər-Rəbiəni təyin etdi və ona əmr etdi ki, xəzərlərə qarşı çıxsın. Ərəb atlıları əl -Beyda şəhərinə çatıb onu işğal etdilər.yenə orada, I, 2668 Lakin Bələncər yaxınlığında xəzərlər ərəbləri məğlub etdi və onların komandanı Əbd-ür-Rəhman ər-Rəbiəni öldürdülər.yenə orada, I, 2668–2669-2871. Formal olaraq tərkibində olduğu Xilafətin qoşunlarının Dərbənddən şimala yürüşləri Azərbaycanın və Ərməniyyənin Xilafət valisi Əbdürrəhman ibn Rəbiə yə tapşırılır. Əbdürrəhman guman ki Salman ibn Rəbiə əl-Bəhilinin qardaşıdır. 652–653-cü (başqa mənbələrdə 649–650-ci) illərdə o Şimali Qafqaz ərazisinə soxulur və xəzər qoşunları ilə Bələncər şəhəri yaxınlığında qarşılaşır. Döyüşün gedişində ərəblər darmadağın edilir, Əbdürrəhman öldürülür. Hər iki tərəf döyüşdə mancanaqlardan istifadə edir. Lakin Bələncər döyüşündə Salman ibn Rəbiənin öldürüldüyü barədə də məlumatlar var. Ziya Bünyadov bu barədə yazır "Sonra Salmanın dəstəsi Dərbənddən şimala doğru hərəkət etdi, lakin Bələncər çayının o tayında xəzər qoşunları ilə qarşılaşdı və qanlı vuruşmadan sonra, demək olar ki, bütün dörd minlik dəstə qırıldı Salmanın özü isə öldürüldü.Ziya Bünyadov. Azərbaycan VII–IX əsrlərdə. AZƏRBAYCAN DÖVLƏT NƏŞRİYYATI, Bakı — 1989. səh. 83 Həmin vaxtdan başlayaraq Bələncər xəzər-ərəb qarşıdurmasının kilid məntəqəsi olur. Ərəb tarixçisi Əl Məsudi (X əsr) onu hətta Xəzər ölkəsinin paytaxtı adlandırır ki, əslində bu başqa mənbələrdə öz təsdiqini tapmır.

Cavanşir

Şübhəsiz ki həmin dövrdə Albaniyanın hakimi olmuş Cavanşir xəzər-ərəb qarşıdurmasından kənarda qala bilməzdi. Belə ki Ağvan tarixində bu barədə yazılır: Bələncərdə ərəbləri məğlub edərək xəzərlər Arran ərazisinə soxulur və burada Cavanşirlə qarşılaşırlar.История Агван, стр. 150\120. 664–665-ci illərdə xəzərlər yenidən Albaniyanı yağmalayır.yenə orada, səh. 153\123

Əlbəttə bunu əsas səbəb hesab etmək olmaz, amma bu amili qeyd etmək lazımdır ki, ərəblərlə xəzərlərin bilvasitə toqquşması müəyyən dərəcədə Cavanşirə görə gecikirdi, Cavanşir böyük güclərin arasında müvazinat saxlayaraq Albaniyanın müstəqilliyini müəyyən anlamda qoruyur və xəzərlərlə ərəblərin arasında bufer mövqe tuturdu. Ərəblərin şimal istiqamətində pasiv hərəkətləri əsasən Xilafətin Bizansla genişmiqyaslı müharabələri, həm də daxili çəkişmələrlə bağlı idi. Eyni zamanda xəzərlərin də başqa qonşuları ilə daimi müharibələri olduğundan heç də həmişə ərəblərlə müharibələrə diqqət yetirə bilmirdilər. Xüsusi ilə Bolqar xaqanlığı dağılandan sonra xəzərlər fəallaşmağa başladılar.

Bizans güclü və varlı, yetərincə döyüşkən, lakin həmişə düşmənləri: ərəb və bolqarlarla məşğul ölkə idi. Buna görə Xəzər eli və Bizans təbii müttəfiq idilər. Buna görə də hətta onların arasında münasibətlər gərginləşəndə belə dostluq ənənələri davam edirdi. 670–679-cu illərdə xəzərlər, möhkəmləndirilmiş Xersonesdən başqa bütün Krımı ələ keçirdilər. Bizans ərəblərlə müharibə apardığına görə Xersonesə uzun müddət yardım edə bilmirdi, o isə aclıq keçirirdi.А. Н.Гумилев. Тысячелетие вокруг Каспия. Азербайджанское Государственное издательство. Баку — 1991. səh. 151–152

Lakin Alp İlitverin komandanlığı altında hunların və xəzərlərin Arrana hücumu ərəfəsində, təxminən 681-ci ildə Cavanşir bizanspərəst Arran knyazları tərəfindən öldürülür.История Агван, стр.185 Çox guman ki bu Bizansın birbaşa təhriki ilə baş verir, çünki Bizansın Xilafətlə gərgin müharibə şəraitində Cavanşir kimi xəzərlərlə ərəbləri müəyyən anlamda barışdıran amilin mövcudluğu ilə bizanslılar barışa bilmirlər. Cavanşirin qardaşı oğlu I Varaz Trdat Albaniya hakimi seçilir.yenə orada, səh. 185\149 Xəlifə I Yezid I Varaz Trdadı "Şərq vilayətlərinin padşahı, Alban hökmdarı…" kimi tanıdı.yenə orada Varaz Trdad taxta seçilən kimi Alp İlitverin komandası altında böyük Xəzər ordusu, xaqanın öldürülən qohumu knyaz Cavanşirin qisasını almaq bəhanəsi ilə Arrana basqın etdi.yenə orada, St. Taronski(Asogik, səh. 72) xəzər basqınının tarixi üçün erm. erasının 130-cu ilini (9. VI. 681-ci il) göstərir. Bu İsrailin xəzər elçiliyi ərəfəsində, yəni 681-ci il 23. XII əvvəl olmuşdur. Bax: History, səh. 154, çıxarış 1

İkinci müharibə 200px|thumb|left|Dəryal keçidi Xəlifə I Vəlidin dövründə ərəblər tədricən şimala hərəkət etməyə başladı. Lakin I Vəlid xəzərlərə qarşı hucumdan əvvəl Arran, Gürcüstan və Ərməniyyədə olan bizanspərəst xristianların gizli qəsdlərindən təmin olunmalıydı. İlk növbədə monofizit naxararlara qarşı cəza tədbirləri görülmüşdü.История Агван, səh. Asogik, səh. 92–93; Gevond, səh. 22–24; Vardan, səh. 91–92; Q. Artsruni, səh. 93

Bu hadisədən sonra hicri 89(707\708)-cu ildə Məsləmə ibn Əbdülmalik Azərbaycanda təslim olmamış bütün qalaları tutub, türklərlə döyüşə döyüşə Bab ül Əbvaba çatdı.Təbəri, II, 1200; İbn əl-Əsir, IV, 428. Göründüyü kimi türklər(yəni xəzərlər) artıq o dövrdə Azərbaycanda Dərbənddən cənubda yerləşmişdilər.

Hicri 91(709\710)-ci ildə Məslamə türklərə qarşı yeni hücuma keçdi "və Azərbaycan vilayətində əl-Baba çatdı, burada şəhər və qalaları aldı"Təbəri, II, 1200; İbn əl Əsir, IV,439 Hicri 92-ci ildə (710\711) Dərbəndə çatdı, lakin şəhəri yalnız 714-cü ildə ala bildi.Təbəri, II, 1217. Ərəblər bilavasitə Xəzər xaqanlığının ərazisində müqavimətlə qarşılaşdılar və geri çəkildilər.

Xəlifə Ömərin hökmranlığının birinci ilində xəzərlər ərəblərə qarşı böyük hucumlara başladılar.M. Kmosro, Araplar ve Hazarlar. S.135–136 Bu hadisəni Təbəri belə qeyd edir:" Bu il (99-cu hicri −717\718-ci il) türklər Azərbaycana hücüm edib bir qədər müsəlman qırdılar və onlara ziyan yetirdilər. Ömər ibn Əbd-ül-Əziz onlara qarşı Hatim ibn əl-Noman əl-Bəhilini göndərdi. O həmin türkləri qırdı və əsir düşən 50 nəfərdən başqa heç kim canını qurtara bilmədi; o, bu əsirləri Xunasirə Ömərə göndərdi"Təbəri, II,1346; İbn əl Əsir, V,31. Həmin il ərəblər Bizansla müharibə aparırdılar və Konstantinopolu mühasirəyə almışdılar və xəzərlərin ərəbləri yayındırması bizanslıların işinə yarayırdı.

II Yezidin vaxtında 722\723 xəzərlər qıpçaq və başqa türk tayfalarının köməyilə təqribən 30 minlik qoşunla yenidən Arrana soxuldularBal'ami. Cronicle, ed. B. Dorn. Nachrihten uber Ghazaren. St-P. 1844, S.510. və onu keçərək Ərməniyyəyə girdilər. Mərc əl Həcərdə onları ərəblər qarşıladılar.Təbəri, II,1453; İbn əl Əsir, V,82–83. Ərəblər məğlub oldular və onların düşərgəsi xəzərlərin əlinə keçdi.Ziya Bünyadov. Azərbaycan VII–IX əsrlərdə. AZƏRBAYCAN DÖVLƏT NƏŞRİYYATI, Bakı — 1989. səh. 106 Həmin ildə II Yezid əl-Cərrah ibn Əbd-ül-Lah əl Həkəmini Azərbaycan və Ərməniyyəyə hakim təyin etdi və ona 25 minlik qoşun verib, əmr etdi ki, xəzərlərə qarşı müharibəyə başlasın.Təbəri, II; İbn əl Əsir, V, yenə orada Lakin xəzərlər böyük ərəb ordusunun hücuma keçdiyi xəbərini alıb Dərbəndə tərəf çəkildilər. Cərrah Bərdəyə yaxınlaşdı, orduya dinclik verdi, sonra Kürdən keçərək, Dərbəndə yaxınlaşdı. Xəzərlərin xaqanı BarçikinBal'ami (səh.510): "Barxabak". "Dərbəndnamə" (səh.82):"Paşenk";İbn Ə'sam(180a):"Barsbik", Gevonda görə(səh.71)xaqanın anasının adı "Parsbit"dir. Bartolda görə (Türküstan, səh. 79). Xaqanın oğlunun adı gərək "Barçik" olsun, bu Aral dənizin şərqində Barciq Liq kənd adı ilə əlaqədardır. Bax: V. Minorsru. A. Neu Book, p. 126 komandası altında 40 minlik ordunu Cərraha qarşı çıxartdılar. Vuruşma nəticəsində xəzərlər məğlub oldu, çoxlu əsir düşdülər. Ərəblər Hamzinİbn Ə'sam(180a)"Xasin"; İbn əl-Əsir(V, 84)"əl-Hüseyn" və Tarquİbn əl-Əsir, V, 84;"Yarğu" şəhərlərini tutdular və Bələncərə çatdılar.Təbəri, II,1453; əl-Məkin, səh.79 Qala qarnizonu qısa vuruşmadan sonra təslim oldu və ərəblər çoxlu qənimət əldə etdilər.Bal'ami, səh. 522–524; İbn Ə'sam, 180a-181 vərəqləri. Cərrah bu şəhərlərin əhalisini Arran ərazisinə, xüsusi ilə Qəbələ mahalına köçürtdü, burada xəzərlərin məskən saldığı kəndlər var idi.Bəlazuri, səh.194 Bu barədə Abbasqulu ağa Bakıxanov belə yazır:

103-cü(722) ildə Əbd-ül-Əziz öldü. O vaxtkı xəlifə Yezid ibn Əbd-ül-Malik Əbu Übəyda Cərrahı 6 minlik qoşunla Dərbənd qarnizonun köməyinə göndərdi. Cərrah Müskürə gəldi, bütün ətrafdan qoşunları yığdı və Rubas çayı qırağında düşərgə saldı. Orada o, hələ islamı qəbul etməmiş tabasaranlı və qaytaqlı əmirləri yanına çağıraraq, onlara dedi: "Mən bura Ərəbistandan xəzərlərlə döyüşmək üçün gəlmişəmvə istəyirəm ki siz mənə kömək edəsiniz"

Göründüyü kimi buranın yerli əhalisi kitab əhli idi əks halda Cərrah müsəlman olmayan əhalidən zimmi kimi açıq-aşkar yardım istəməzdi. Çox guman ki burada yaşayan əhali əvvəllər Albaniya təsiri altında xristianlığı qəbul etmişdi və bir müddət Albaniyanın tərkibində idi.

Hər iki tərəfdən təbillər çalındı, bayraqlar dalğalandı və çoxlu itkisi olan dəhşətli vuruşma başladı. Xəzərlər darmadağın edildi, və onların düşərgəsi qalibə çatdı. Müsəlmanlar onları qovaraq, talan və qətl imkanını əldən vermirdilər. Həmin gün 7000 xəzər və 2000 ərəb döyüş meydanında qaldı. Xaqanın oğlu çətinliklə Ənci şəhərinə çatdı və əhaliyə dedi: " Qarşısına çıxdığım rəqib çox güclüdür, və əgər siz kimsənin yardımına ümid etmirsinizsə, ondan qaçmaqla canınızı qurtarın…"

Cərrah, Qayakənd yanındakı yüksəklikdə yerləşən, və dəniz görsənən Hasin qalasını aldı, Səməndərə(Tərki) getdi.А.А.Бакиханов Гюлистани -и Ирам, Издательство "Ельм", Баку −1991. səh.52