Qarluqlar-(Çincə: 葛逻禄 və ya 葛邏祿; Géluólù, alışılmış sesçil Gelolu, Gelu, Khololo, Khorlo, Harluut) 766 - 1215 illər arasında, Orta Asiyada həyat sürən türkdilli boy. "Qarluq" adı ərəb qaynaqlarında "حارلوق Harluk", farsca əsərlərdə "حاللوه Halluh", Çin salnamələrində isə "Géluólù" adı ilə işlənmişdir.Bartold V.V., 1968, History of Turco-Mongolian peoples, Works Vol. 5. M. 547. Qədim Türk çağlarında qarluqlara "Üç Oğuz" yəni "Üçboy" da deyilmişdir.Qumilev L.N, 1967, Ancient Türks, sayfa 61-62.
Tarixi Onoxlar soyundan gələn qarluqlar Türgiş dövlətini yıxaraq Qərbi Türküstanda dövlət qurdular. Qarluqlar Talas savaşına qədər Qarluq dövləti olaraq davam etdi. Daha sonra Qaraxanlılara dönüşdü.İslam dininii qəbul eden ilk Türk topluluğudur. Divani-lüğətit-türkdə; "قرلق Karluk" "köçəri türklerden bir bölük adıdır. Oğuzlardan ayrıdırlar. Oğuzlar kimi Türkməndirlər."Atalay, Besim (2006). Divanü Lügati't - Türk. Ankara: Türk Tarih Kurumu Basımevi. ISBN 975-16-0405-2, Cilt I, sayfa 473.
IX əsrdə Şərqi Türküstan, Yeddisu və Tyan-Şan daglarının şimal ətəklərində Aşina türk soyuna mənsub olan türkdilli qarluqlar yaşayırdilar.
Mənası "Qarluq" türk sözü olub "qarlıq","qar yığımı" mənasını verir.
Mənşəyi Bəzi tarixçilər qarluqları oğuz köklü hesab edirlər.
İstinadlar
Mənbə
Бартольд В.В. Карлуки. // Сочинения. Т. V. — М., 1968. Историко-культурное наследие Туркменистана /под ред. О.Гундогдыева и Р.Мурадова UNDP — Стамбул, 2000. Шафиев Ф. Этногенез и история миграций тюркских кочевников: закономерности процесса ассимиляции. — Баку, 2000.
Həmçinin bax Qarluq xaqanlığı
Xarici keçidlər
Kateqoriya:Özbəkistan tayfaları Kateqoriya:Türk xalqları Kateqoriya:Çində yaşayan etnik qruplar Kateqoriya:Qazaxıstanda yaşayan etnik qruplar Kateqoriya:Rusiyada yaşayan etnik qruplar Kateqoriya:Tarixi Asiya xalqları Kateqoriya:Qazaxıstan tarixi Kateqoriya:Qırğızıstan tarixi Kateqoriya:Köçəri xalqlar Kateqoriya:Atlı xalqlar