Qaçay Nəzər oğlu Heydərov () — pedaqoq, iqtisad elmləri doktoru, ."Qaçay Heydərov −100" işıq üzü gördü

Həyatı Qaçay Heydərov 16 yanvar 1920-ci ildə Qubadlı rayonunun Gürcülü kəndində anadan olmuşdur. O, anadan olandan bir həftə sonra anasını itirib. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirməsinə baxmayaraq iqtisadiyyat elmi ilə məşul olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "İqtisadi tarix" kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor idi.

İkinci Dünya müharibəsində iştirak etmiş və oradan şikəst qayıtmışdı. O, bir neçə monaqrafiyanın müəllifi idi, bununla yanaşı həm də şeirlər yazırdı.

Qaçay Heydərov 10 iyun 1990-cı ildə vəfat etmişdir.

Nəzər Heydərovun oğlu, Arif Heydərovun qardaşıdır.

İstinadlar

Xarici keçidlər Tanınmış ictimai xadim, professor Qaçay Heydərovun 100 illik yubileyi qeyd olunub

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:İkinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Qubadlıda doğulanlar