Sizi dünyalar qədər sevirdim — filmi rejissor Rasim İsmayılov tərəfindən 1985-ci ildə ekranlaşdırılmışdır. Filmin çəkilişlərində Belarus və Zaqafqaziya hərbi dairələrinin qoşunları iştirak etmişlər. Film Azərbaycan xalqının rəşadətli oğlu, igid sərkərdə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun həyat və döyüş bioqrafiyasının səhifələrini canlandırır.9 Мая 1945 года. — М.: Наука, 1970. И. X. Баграмян. На путях к великой Победе Film tarixi, döyüş, bioqrafik, müharibə janrındadır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Ramiz Novruzov, Viktor Tarasov, Aleksandr Denisov, Şahmar Ələkbərov ifa edirlər.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004, səh. 288; 296-298; 310.
Məzmun Burada hadisələr I Pribaltika cəbhəsində axırıncı döyüş zamanı həlak olmuş Həzi Aslanovun ömrünün son günlərində cərəyan edir...Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007, səh. 816.
Filmin üzərində işləyənlər Rejissor: Rasim İsmayılov Ssenari müəllifi: Ramiz Fətəliyev Operator: Valeri Kərimov Rəssam: Nadir Zeynalov Bəstəkar: Aqşin Əlizadə
Tərcüməni səsləndirən: Həsən Turabov
Rollarda Ramiz Novruzov — general Həzi Aslanov Viktor Tarasov — siyasi işlər üzrə müavin Aleksandr Denisov — qərargah rəisi Şahmar Ələkbərov — general Mehmandarov Viktor İliçev — Samulekin Aleksandr Polyakov — Oxrinenko Bədri Kakabadze — Sxirtladze Mixail Petrov — Petroviç Oleq Sokoldınski — Murzin İqor Neupokoyev — Vasyok Gülnarə İbrahimova — Aslanovun arvadı Rza Xudiyev — Aslanovun qardaşı Yaşar Cavadov — Həzi Aslanov (uşaq) Ramin Rəhimov — Həzi Aslanov (yeniyetmə) Asim Qədirli — Həzi Aslanov (gənc) Hamlet Manaximov — Həzi Aslanov (gənc)
Muxtar Maniyev — Məmməd Nəcibə Hüseynova — Həzinin anası Zilli Namazov — zabit
Rəşad Qədirli — epizod
Filmi səsləndirənlər:
Şahmar Ələkbərov — Həzi Aslanov (Ramiz Novruz)(titrlərdə yoxdur)
Səməndər Rzayev — Səməd bəy Mehmandarov (Şahmar Ələkbərov)(titrlərdə yoxdur)
Pərviz Bağırov — Aslanovun qardaşı (Rza Xudiyev)(titrlərdə yoxdur)
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1985-ci ilin Azərbaycan filmləri 1980-ci illər Azərbaycan filmlərinin siyahısı
Xarici keçidlər
Kateqoriya:Şəxslər haqqında filmlər Kateqoriya:Həzi Aslanov haqqında filmlər Kateqoriya:1985-ci ilin Azərbaycan filmləri Kateqoriya:Bioqrafik filmlər Kateqoriya:Döyüş filmləri Kateqoriya:İkinci Dünya müharibəsi haqqında filmlər Kateqoriya:Tarixi filmlər Kateqoriya:Böyük Vətən müharibəsi haqqında filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:1986-cı ilin filmləri