Yuxarı Öysüzlü — Azərbaycan Respublikasının Tovuz rayonunun Yuxarı Öysüzlü kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Kəndin keçmiş adı Öksüzlü olmuşdur. Yerli əhali arasında kəndin Qızılgöz Öysüzlü, Öksüzlü adları da vardır. Ondan keçmişdə əmələ gəl­miş yeni məntəqə Aşağı Öysüzlü, bu kənd isə Yuxarı Öysüzlü adlandırılmışdır. Oyko­nimin ikinci komponenti Qazax qəzasında maldarlıqla məşğul olmuş öksüzlü elatının adındandır.

Tarixi 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra Qafqazda yaranmış xanlıq və eyni zamanda bir sıra sultanlıqlar özlərinin mərkəzləri ilə də fərqlənirdilər. Belə sultanlıqlardan biri Şəmsəddin idi (bəzi tarixi qaynaqlarda Şamşəddil adı ilə qeyd olunur). 18-ci əsrin ortalarında yaranmış bu sultanlığın mərkəzi Tovuz deyil, mərkəzdən 8 km cənub–qərbdə yerləşən məhz indiki Yuxarı Öysüzlü (əvvəlki Öksüzlü) kəndi olmuşdur.

Tarixi abidələri Yuxarı Öysüzlü kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi5190Nəsib bəyin yaşayış evi XIX əsrYuxarı Öysüzlü kəndi MemarlıqYerli5203Dəyirman XIX əsrYuxarı Öysüzlü kəndiMemarlıqYerli5204Dəyirman XIX əsrYuxarı Öysüzlü kəndiMemarlıqYerli5205Türbə XIX əsrYuxarı Öysüzlükənd qəbiristanlığıMemarlıqYerli5206Türbə XIX əsrYuxarı Öysüzlükənd qəbiristanlığıMemarlıqYerli5207Məscid XIX əsrYuxarı Öysüzlü kəndiMemarlıqYerli5209Yusif bəyin yaşayış evi XIX əsrYuxarı Öysüzlü kəndi MemarlıqYerli6048"Koroğlu evi" qalası Orta əsrlərYuxarı Öysüzlü kəndindən2 km dağ tərəfdəArxeolojiYerli6049Qəbiristanlıq Orta əsrlərYuxarı Öysüzlü kəndiArxeolojiYerli6275Daş qoç fiquru Orta əsrlərYuxarı Öysüzlükənd qəbiristanlığıDaş-heykəltəraşlıqYerli6276Daş qoç fiquru Orta əsrlərYuxarı Öysüzlükənd qəbiristanlığıDaş-heykəltəraşlıqYerli

Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19995564275328112009↗6375↗3171↗3204

Tanınmış şəxsləri Çovdaroğlu Aşıq Məhəmməd — Azərbaycanlı aşıq. Rauf Arifoğlu (1966–) — Azərbaycanlı jurnalist, "Yeni Müsavat" Media Qrupunun təsisçisi və rəhbəri, Azərbaycan Respublikasının Əməkdar jurnalisti.

İqtisadiyyatı

Mədəniyyəti Kənddə 1 №-li və 2 №-li Yuxarı Öysüzlü kənd kitabxana filialları, Yuxarı Öysüzlü kənd Mədəniyyət Evi, Yuxarı Öysüzlü poçt şöbəsi (AZ6040) fəaliyyət göstərir.

Təhsil Kənddə Məmmədqara Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta məktəbi və Müşfiq Əliyev adına Yuxarı Öysüzlü kənd tam orta məktəbi fəaliyyət göstərir.

Bundan başqa kənddə Yuxarı Öysüzlü kənd 1 №-li körpələr evi–uşaq bağçası və Yuxarı Öysüzlü kənd 2 №-li körpələr evi–uşaq bağçası fəaliyyətdədir.

Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Kənddə Yuxarı Öysüzlü kənd həkim məntəqəsi yerləşir.

İstinadlar

Xarici keçidlər

Mismarsız tikilən Bəy evi - REPORTAJ 103 illik tarixi olan su quyusu...

Həmçinin bax

Kateqoriya:Tovuz rayonunun kəndləri Kateqoriya:Yuxarı Öysüzlü kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri