Qarovulüstü — Azərbaycan Respublikasının Quba rayonunun Qonaqkənd qəsəbə inzibati ərazi dairəsində kənd.

Toponimikası Qarovulüstü oyk., mür. Cimi çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Azərbaycanın bir sıra kiçik dağlarında keçmişdə gözətçi məntəqələri yerləşdiyinə görə belə adlanmışdır. Bu ad bir qrup ailənin Qaravul adlı yerin üst tərəfində məskunlaşması ilə əlaqədar yaranmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 176 nəfər əhali yaşayır. Əhalisi tatlardır. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Quba rayonu Qonaqkənd (Quba)

Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Quba rayonunun kəndləri