Bağlı qapı () — tammetrajlı bədii filmi rejissor Rasim Ocaqov tərəfindən 1981-ci ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Lirik-psixoloji dramda başqalarının köməyinə çatan, onların dərdinə qalan bir insanın mürəkkəb taleyindən bəhs edilir. Filmə 1982-ci ildə Tallində XV Ümumittifaq kino festivalında müasir mövzuda ən yaxşı bədii filmə görə diplom və mükafat verilmişdir. Əsas rolları Rodion Naxapetov, Nəsibə Zeynalova, Aleksandr Kalyagin, Dadaş Kazımov, Hacı İsmayılov və Larisa Xələfova ifa edirlər.

Məzmun Lirik-psixoloji dramda başqalarının köməyinə çatan, onların dərdinə qalan bir insanın mürəkkəb taleyindən bəhs edilir. Filmin qəhrəmanı möhkəm iradəli, ağıllı bir insandır. O, yaşadığı evin passiv, laqeyd qonşularından fərqlənir. Xeyirxah və namuslu oğlan olan Murad (Rodion Naxapetov) müttəhimlər kürsüsünə öz günahı üzündən əyləşməmişdir. Şərti olaraq vaxtından əvvəl buraxılan gənc başa düşür ki, ehtiyatsızlıq, ən kiçik bir səhv hərəkət onu yenidən islah əmək koloniyasına qaytara bilər.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 112

Murad doğma evinə qayıdır. Həyət sakinləri onun gəlişinə sevinirlər. Lakin adi həyat axarında həyətin sakitliyini hərdənbir qadın fəryadı pozur. Sən demə, ər öz arvadını incidirmiş. Buna artıq hamı öyrəşib. Fəryad isə hər dəfə köməyə çağırır. Bir gün Murad qarşısına qoyulmuş şərti pozub özünü bağlı qapıya atır... Onu milis şöbəsinə çağıranda, həyət sakinlərinin hamısı Muradı müdafiə etməyi qərara alır...

Müəlliflər bu filmi əxlaqi mahiyyət daşıyan ibrətamiz, bir növ eyhamlı hekayə adlandırmışlar. Film aktual sosial-mənəvi problemlər qaldırır.

Film haqqında Film yazıçı Rüstəm İbrahimbəyovun "Yaşıl qapı arxasında qadın" pyesi əsasında ekranlaşdırılmışdır.

Festival və mükafat Filmə 1982-ci ildə Tallində XV Ümumittifaq kino festivalında müasir mövzuda ən yaxşı bədii filmə görə diplom və mükafat verilmişdir.

Filmin üzərində işləyənlər Ssenari müəllifi: Rüstəm İbrahimbəyov Rejissor: Rasim Ocaqov Operator: Rafiq Qəmbərov Rəssam: Fikrət Bağırov Bəstəkar: Emin Sabitoğlu

Rollarda Rodion Naxapetov — Murad Nəsibə Zeynalova — Zeynəb Aleksandr Kalyagin — Daşdəmirov Dadaş Kazımov — Nuru Hacı İsmayılov — Əli Larisa Xələfova — Şərqiyyə Məmməd Məmmədov— Saleh Svetlana Məmmədova — Gülya Vaqif İbrahimoğlu(Vaqif Həsənov kimi) — Ənvər Viktor Dəmirtaş — Fərid Gülya Salahova — Rəna Frunzik Mkrtçyan — Vartan Elçin Məmmədov — Aydın Sadıq Hüseynov — sahə müvəkkili Nailə Mahmudova — Roza

Eldəniz Rəsulov

İstinadlar

Mənbə Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 167; 291; 304. Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 222; 271; 278-298. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1981-ci ilin Azərbaycan filmləri 1980-ci illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:1981-ci ilin Azərbaycan filmləri Kateqoriya:Mükafat alan Azərbaycan filmləri Kateqoriya:Rasim Ocaqovun filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:Rusca filmlər Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:Azərbaycanca filmlər