Birisigün, gecəyarısı... — rejissor Arif Babayev tərəfindən 1981-ci ildə ekranlaşdırılmış tammetrajlı bədii film. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Kəskin süjetli macəra filmi Azərbaycanın ilk çekistlərinin fəaliyyətinə həsr olunmuşdur. Əsas rolları Məlik Dadaşov, Həsən Məmmədov, Ernst Romanov, Gennadi Korolkov, Yuozas Budraytis və Zemfira Sahilova ifa edirlər.

Məzmun Kəskin süjetli macəra filmi Azərbaycanın ilk çekistlərinin fəaliyyətinə həsr olunmuşdur.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 112-113

Mükafatlar 1983-cü ildə ssenari müəllifləri Məmməd Avdiyevə, Anatoli Donetsə, Ramiz Fətəliyevə, quruluşçu rejissor Arif Babayevə, quruluşçu operator Teyyub Axundova, aktyor Həsən Məmmədova, aktyor Məlik Dadaşova və aktyor Hacımurad Yagizarova SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin çekistlər və sərhədçilər haqqında ən yaxşı kino əsəri üçün III mükafat verilmişdir. 1986-cı ildə filmə Azərbaycan Dövlət 1986-cı il 26 aprel tarixdə bəstəkar Xəyyam Mirzəzadə film üçün bəstələdiyi musiqiyə görə Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür.

Film haqqında Film yazıçılar Məmməd Avdiyev və Anatoli Donetsin "Respublika naminə" sənədli povestinin motivləri əsasında çəkilmişdir. Filmə öncə 2-ci kateqoriya verilsə də, sonradan artan tamaşaçı sayısı bu rəqəmi 1-ə yüksəltdi.

Rollarda Məlik Dadaşov — Nəriman Nərimanov Həsən Məmmədov — Baba Əliyev Ernst Romanov — Yakov Zinoyeviç Gennadi Korolkov — Konstantin Vasilyeviç Yuozas Budraytis — Pçelintsev Zemfira Sahilova — Elmira Ağabəyova Hacımurad Yagizarov — Məmmədov Algimantas Masyulis — polkovnik Bartley Hamlet Xanızadə — Hacı İlyas Rasim Balayev — İsrafil bəy Yuri Senkeviç — Stivens Tatyana Bondarenko — Laura Əli Zeynalov — dilənçi Süleyman Ələsgərov — Kəndli Cahangir Aslanoğlu — Abdullayev Muxtar Maniyev — Yeməkxana sahibi

Filmi səsləndirənlər Səməndər Rzayev — Nəriman Nərimanov (Məlik Dadaşov) (titrlərdə yoxdur) Kamal Xudaverdiyev — Pçelintsev (Yuozas Budraytis) (titrlərdə yoxdur) Əminə Yusifqızı — Elmira Ağabəyova (Zemfira Sahilova) (titrlərdə yoxdur) Şahmar Ələkbərov — Məmmədov (Hacı Murad Yagizarov) (titrlərdə yoxdur) Əli Zeynalov — polkovnik Bartley (Algimantas Masyulis) (titrlərdə yoxdur) Eldəniz Rəsulov — Stivens (Yuri Senkeviç) (titrlərdə yoxdur) Xuraman Hacıyeva — Laura (Tatyana Bondarenko) (titrlərdə yoxdur) Muxtar Avşarov — Kəndli (Süleyman Ələsgərov) (titrlərdə yoxdur) Məmmədrza Şeyxzamanov — Abdullayev (Cahangir Aslanoğlu) (titrlərdə yoxdur) Elxan Ağahüseynoğlu — Yeməkxana sahibi (Muxtar Maniyev) (titrlərdə yoxdur) Sadıq Hüseynov — Yakov Zinoyeviç (Ernst Romanov)(titrlərdə yoxdur) Əliabbas Qədirov — Konstantin Vasilyeviç (Gennadi Korolkov) (titrlərdə yoxdur) Pərviz Bağırov — Belikov (titrlərdə yoxdur)

İstinadlar

Mənbə Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 32-33. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 190; 301-302; 310. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.

Xarici keçidlər Filmi izlə Filmin musiqiləri (video) Filmin musiqiləri (audio)

Kateqoriya:1981-ci ilin Azərbaycan filmləri Kateqoriya:Nəriman Nərimanov haqqında filmlər Kateqoriya:Arif Babayevin filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Mükafat alan Azərbaycan filmləri Kateqoriya:Ağ-qara filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri