() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Təbii yayılması Yaponiya, Koreya, Mərkəzi və Şimal-Şərqi Çində, Keçmiş SSRİ-nin ərazisində, Şərqi Sibirdə, Uzaq Şərqdə yayılmışdır.

Botaniki təsviri Hündürlüyü 3 m-ə çatan ağac və koldur.Cavan budaqları tükcüklüdür. Yarpaqların uzunluğu 6-8 sm, eni 5-7 sm, yumurtavari, bünövrəsi ürəkşəkilli, üçqanadlı, kənarları qeyri-bərabər dişli, üstü çılpaq, alt tərəfi damarcıqlardan tükcüklüdür. Saplaqların uzunluğu 3 sm-ə qədər tükcüklüdür. Meyvələri budaqların uclarında 23 ədəd, uzunluğu 3 sm-ə qədər olan saplaqlarda yerləşir. Meyvənin qını qozanı tamamilə örtən ikiyarpaqlı və tükcüklüdür. Qının yarpaqları uzunluğunun 1/3-1/6 hissəsinə, təxminən bərabər üçkünc hissələrə bölünmüşdür. Yarpaqlarının bünövrəsində saplaqlı vəziciklər yerləşir. Qozun diametri 12-15 mm, oval, üstü hamar, yeməlidir. Apreldə çiçəkləyir, avqustda meyvə verir. Anemofil, zoo və ornitoxordur. Qidalıdır, meyvəsi qozdur.

Ekologiyası Palıd, tozağacı, şam və qarışıq meşələrin kənarında və kolluqlarda, yamaclarda bitir. Kölgəyədavamlıdır, günəşli yerlərdə sürətlə böyüyür. Üst kök sisteminə görə güclü torpaq qatı tələb etmir.

Azərbaycanda yayılması Zaqatala, Qax, Qəbələ, Oğuz və başqa rayonlarda, cənub bölgəsində mədəni halda rast gəlinir. Dağ yamaclarında sıx kolluqlarda, çox vaxt quru palıd meşələrində bitir.

İstifadəsi Qida sənayesində geniş istifadə edilir, tərkibində müxtəlif yağlar vardır.Tək əkinlərdə müxtəlif forma verməklə istifadəsi məqsədyönlüdür.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Çin ağacları Kateqoriya:Yaponiya ağacları Kateqoriya:1844-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Çərəzlər Kateqoriya:Asiya florası Kateqoriya:20–24 ID olan Taksonbar Kateqoriya:Şərqi Asiya florası