() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Botaniki xarakteristikası Hündürlüyü 40-100 sm olan, kiçik budaqlanmış koldur. Cavan budaqları sıx keçə-tüklüdür, bir-ikiillikdir, qonur-qəhvəyi rəngdədir və çılpaqdır. Yarpaqlarının uzunluğu 5-25 (40) mm-dir, dəyirmi, yumurtaşəkilli və ya enli ellipsşəkillidir, üst tərəfdən göyümtül-yaşıl rəngli, səpələnmiş və ya sıx basıq tüklüdür, alt tərəfdən sıx ağımtıl və sarımtıl nazik keçə tüklüdür; saplaları qısa, uzunluğu 2-4 (5) mm və keçə tüklüdür. Salxımları sıx, düzduran, (3) 5-9 (12) ədəd çiçəklədir, demək olar ki, iki dəfə yarpaqdan qısadır. Tac ağ rənglidir, diametri 10 mm-ə qədər olub, açılmış dəyirmi ləçəklidir. Çiçəkləməsi may-iyun aylarına təsadüf edir. Meyvələri parlaq-qırmızı rəngdədir, şarşəkillidir, diametri 8-10 mm-dir, iki, bəzən bir çəyirdəklidir. Meyvə verməsi iyul ayına təsadüf edir.

Azərbaycanda yayılması Böyük Qafqaz (BQ) Quba, BQ şərq, BQ qərb, Qobustan, Abşeron, Kiçik Qafqaz (KQ) cənub, KQ mərkəzi, Naxçıvan dağları, Lənkəran dağları, orta, bəzən yuxarı dağ qurşağına qədər.

Yaşayış mühiti Daşlı və qayalı yamaclarda, kollar arasında və işıqlı meşələrdə. Qrup halında və tək-tək rast gəlinir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax