() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Qədimdən bəri bu növ Qərbi Hindistanda, Qərbi Asiyada və Aralıq dənizi ölkələrində geniş becərilir.
Botaniki xarakteristikası Hündürlüyü 3 m-dək olan kol və ya kiçik ağacdır. Zoğları və budaqları çılpaq, qoltuqlarda yerləşmiş, 3–5 sm uzunluğunda, tikanlıdır. Yarpaqları iri, uzunsov-oval, möhkəm, qısa saplaqlıdır. Böyüyən zoğların yuxarı yarpaqları al-qırmızı rəngli, yaşlı zoğları tünd yaşıldır. Çiçəkləri ağ, qırmızımtıl çalarlıdır, iri, tək və ya çiçək qruplarında yerləşir, ikicinslidir. Sitrus cinsinə daxil olan növlərdən meyvələrinin iri olmasına görə seçilir. Meyvələrinin uzunluğu 12–40 sm, diametri 8–28 sm-dir. Uzunsov, limon kimi sarı, bəzən narıncı rəngli, qalın (2,5–5 sm) qabıqlıdır.
Ekologiyası −3, −40C temperaturda məhv olur.
Azərbaycanda yayılması Lənkəran-Astara bölgəsində becərilir.
İstifadəsi Meyvələri turş və ya turşa-şirin, bir az acıtəhərdir, azca sulu ləti tər halda qidada istifadə edilmir. Meyvənin lətində 5%-dək limon turşusu, 2,5%-dək şəkər (saxaroza-0,7%), qabığında 0,2%-dək efir yağı vardır. Yağın tərkibinə limonun, dipenten, sitral daxildir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Asiyanın dərman bitkiləri Kateqoriya:Meyvə ağacları Kateqoriya:Tropik meyvələr Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Otaq bitkiləri Kateqoriya:Asiya mənşəli meyvələr