() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Vətəni Avropadır.
Botaniki xarakteristikası Yarpaqları uzun saplaqda yerləşib, birqat lələkvari, adətən 2 cüt və 1 tək yarpaq yerləşmiş qısa saplaqlı hissələri; yumurtaşəkillidir, qaidı hissəsi az ürəkşəkillidir, tam kənarlı, iri dişlidir və yaxud düzgün olmayan hissəyə bölünmüşdür, əsasən damarlar boyunca tüklüdür. Çiçəkləri mürəkkəb qalxanvari qoltuq çiçək qrupunda toplanmış və çoxsaylıdır. Çiçək yanlığının yarpaqcıqlarının uzunluğu 1 sm-ə qədər olub, ağ və yaxud sarımtıl rəngli, uzunsov, küt, hər iki tərəfdən sıx ağ keçə-tüklüdür. Toxumlarının uzun lələkli-tüklü sütuncuğu vardır. İyun ayında çiçəkləyir, iyun-iyul aylarında meyvə verir.
Ekologiyası Əsasən meşənin aşağı hissələrində, aşağı dağ qurşağı meşələrində, kolluqlarda, çəpərlərin dibində və çay sahillərində rast gəlinir.
Azərbaycanda yayılması Azərbaycanda Samur-Şabran ovalığında, Böyük Qafqazın şərqində və qərbində, Qubada, Alazan-Əyriçay ərazilərində yayılmışdır. Ovalığın aşağı dağ qurşağında, əsasən cənub yamaclarda bitir.
İstifadəsi Dekorativ əhəmiyyətlıdır. Yarpaqlarında A vitamini, çiçəklərində efir yağları vardır. Cavan zoğları yeməlidir. Gövdəsi səbət hörülməsində, alt qabığı (floema) kəndir hörülməsində istifadə olunur.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Avstraliya florası Kateqoriya:Afrika florası Kateqoriya:Avropa florası Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Dərman bitkiləri Kateqoriya:40+ ID olan Taksonbar Kateqoriya:Asiya florası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Avropanın dərman bitkiləri